Bakıda bu metrostansiya vaxtından tez istifadəyə veriləcək - AÇIQLAMA - bakucity.az

Bakıda bu metrostansiya vaxtından tez istifadəyə veriləcək - AÇIQLAMA

"Bakı Metropoliteni" açıqlama verib

Bakucity.az xəbər verir ki, metronun "Xətai" stansiyasında təmir işlərinin növbəti mərhələsi başa çatmaq üzrədir.

Bunu açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, stansiyada yeni eskalatorların quraşdırılması artıq yekunlaşmaq üzrədir: "Artıq eskalatorların son hissəsi quraşdırılır. Yaxın günlərdə bu proses başa çatacaq. Bundan sonra eskalatorların sazlanması və sınaq yoxlanışı həyata keçiriləcək".

B.Məmmədov bildirib ki, bununla paralel olaraq stansiyada digər təmir-tikinti işləri də davam etdirilir: "Stansiyanın bütün infrastrukturu yenilənir. Vestübildə kassa zalı olan hissədə döşəmə işləri aparılır. Təmir işlərində stansiyanın memarlıq üslubu qorunub saxlanacaq".

Qurum təmsilçisi deyib ki, "Xətai" stansiyasında işlər vaxtından əvvəl başa çatdırılacaq: "Biz stansiyanın təmirinin avqust ayında başa çatacağını bildirmişdik. Amma işlər sürətləndiyindən stansiyanı iyul ayında istifadəyə verməyi planlaşdırırıq". (Trend)

Bakucity.az

"Bakı Metropoliteni"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Paytaxtda avtoxuliqanlıq edən sürücü saxlanılıb Bakucity.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının saxladığı “99 LE 781” dövlət nömrə nişanlı, "Nissan Sunny" markalı avtomobilin sürücüsü Kamran Qasımovdur.  Kamran Qasımov etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etdiyi üçün yol polisinin saxla işarəsinə tabe olmayaraq qaçıb. YPX əməkdaşları onu təqib etdikdə isə sürücü qarşısına çıxan bütün maşınları vuraraq əzib. Bunu...
Cəmiyyət
Onlardan 10-u kişi, 6-sı isə qadındır Bakucity.az xəbər verir ki, ötən gün 16 nəfər günvurma diaqnozu ilə Səhiyyə Nazirliyinin Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib.    Gün vurlanlardan 10 nəfəri hospitalizasiya edilib. 6 nəfərə isə yerində yardım göstərilib.  Bakucity.az
Hadisələr
Onun bir neçə şəxsə iri məbləğdə borcu olub Bakucity.az xəbər verir ki, Ucar rayonun sakini,  40 yaşlı Asim Hüseynovun cəsədi iyunun 24-də, axşam saatlarında Qara Qarayev prospektində tapılıb. Onun kürək nahiyəsində güllə yaraları aşkarlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçıb. hazırda polis onun axtarışı ilə məşğuldur.  İlkin araşdırma zamanı məlum olub ki, A.Hüseynovun daha əvvəl kiçik biznesi olub, tikinti materialları (ağac)...
Hadisələr
Bakıda minik avtomobilinin üzərinə daş qırıntıları düşüb Bakucity.az xəbər verir ki, Xətai rayonunun Sarayevo küçəsində "NİVA" markalı minik avtomobilini park edən sürücü bədbəxt hadisə ilə üzləşib.  Belə ki, avtomobilin yanında olan binadan onun üzərinə aqlay qırıntıları tökülüb. "NİVA"-ya ciddi ziyan dəyib. Avtomobilin damı və digər hissələri əzilib. (Trend) Bakucity.az
Cəmiyyət
Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov vəfat edib Bakucity.az xəbər verir ki, Prezident təqaüdçüsü ötən gün 95 yaşında dünyasını dəyişib. Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov 1924-cı ildə Şəkidə anadan olub. 1941-1943-cü illərdə Şəki şəhəri 2 illik müəllimlər inst...
Cəmiyyət
Bakı Nəqliyyat Agentliyi (BNA) təxliyyə xidmətinə başlayacağını açıqlayıb Bakucity.az xəbər verir ki, BNA durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa aparacaq.  ilkin olaraq təxliyyə işləri vətəndaşlar tərəfindən daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərində həyata keçiriləcək. Təxliyyə prosesi...
Hadisələr
Sürücülərdən diqqətli olmaları tələb olunur Bakucity.az xəbər verir ki, Heydər Əliyev prospektindəki sıxlıq təmir işləri ilə bağlıdır.   Təmir işlərinin qısa zamanda yekunlaşması gözlənilir. Bakucity.az
Mədəniyyət
Bu, onun beynəlxalq festivalda üçüncü çıxışı olacaq Bakucity.az  xəbər verir ki, 25-28 iyul tarixlərində Bakıda keçiriləcək “Jara-2019” Beynəlxalq Musiqi Festivalında Azərbaycanı “Eurovision”da təmsil edən müğənni Səmra Rəhimli də çıxış edəcək. Bu barədə layihənin İnstaqram səhifəsində qeyd olunub. Sənətçi səhnəyə 28 iyul tarixində çıxacaq. Bu, onun beynəlxalq festivalda üçüncü çıxışı olacaq. Xatırladaq ki, festivalın digər azərbaycanlı ulduz qonaqları Xal...
Ekologiya
Bir neçə gündür Bakıda isti hava şəraiti hökm sürür Bakucity.az xəbər verir ki, hidremetereoloqlar istilərin davam edəcəyini açıqlayıblar.  Ekologiya və təbii sərvətlər nazirliyi milli hidrometeorologiya departamentinin baş hidroloqu Asif Verdiyev bildirib ki,  iyunun 25-26-da  Bakıda gecə 23-25, gündüz 34-36 dərəcə isti olacaq.  Müşahidə olunan isti hava şəraiti əksər insanlar üçün əlverişsiz, meteohəssas ınsanlar üçün isə riskli hesab olunduğundan, gündü...