Bakı-Astara dəmir yolu xəttinin bir hissəsinin yeri dəyişdiriləcək

Bakı-Astara dəmir yolu xəttinin bir hissəsinin yeri dəyişdiriləcək, Javid

Hökumət maliyyə dəstəyi üçün Dünya Bankına müraciət edib.

Bakucity.az xəbər verir ki, Azərbaycan hökuməti Yalamadan Astaraya qədər dəmir yolu xəttinin yenidən qurulmasına maliyyə dəstəyi almaq üçün Dünya Bankına müraciət edib.

Bu barədə jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov məlumat verib.

“Bununla yanaşı, ölkə prezidenti də sözügedən istiqamət üçün vəsait ayırır. Bu işlər çərçivəsində Bakıdan Astaraya qədər olan dəmir yolu xəttinin 243 km-lik hissəsinin yenidən qurulması, bir xətli yolun iki xətli edilməsi və elektrikləşdirilməsi nəzərdə tutulur. Bundan başqa, yolun Salyan rayonundakı sonrakı hissəsinin dəniz kənarından kənarlaşdırılması üçün layihələndirmə gedir. Bunun üçün torpaqların alınması prosesi ilin sonuna qədər yekunlaşdırılacaq”, - deyə o, qeyd edib.  (Report)

Bakucity.az

“Azərbaycan Dəmir Yolları”
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər