Mərkəzi Bank Bakıda kreditlərin verilməsi ilə bağlı vacib qərar verdi

Mərkəzi Bank Bakıda kreditlərin verilməsi ilə bağlı vacib qərar verdi, Javid

Kredit götürmək asanlaşacaq?

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin bu gündən 9,25%-dən 9%-ə endirilməsi haqda qərar qəbul edib.

Bakucity.az AMB-yə istinadən xəbər verir ki, faiz dəhlizinin yuxarı həddi 11%, aşağı həddi isə 7% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib. 

Qurumun rəhbərliyi faizlərə növbəti dəfə aprelin 26-da baxacaq.

QEYD: Uçot dərəcəsi – Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir. Sadə dillə desək, Mərkəzi bank kommersiya bankları və digər maliyyə təşkilatlarına kredit verir, onlar isə öz növbəsində həm adi vətəndaşları (fiziki şəxslər), həm də müxtəlif şirkət və təşkilatları (hüquqi şəxslər) kreditlə təmin edir.

Bakucity.az

Milli Bank
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər