Bakıda avtobusla motosiklet toqquşdu

Bakıda avtobusla motosiklet toqquşdu, Javid

Sərnişlərdən xəsarət alan olmayıb

Bakucity.az xəbər verir ki,  Yasamal rayonu M.Xiyabani küçəsində yol nəqliyyat hadisəsi baş verib.

Hərəkətdə olan motosiklet minik avtomobili ilə toqquşub. Nəticədə motosiklet 17 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun qarşısına düşüb. Motosikletin sürücüsü yaralanıb, avtobusda olan sərnişlərdən isə xəsarət alan olmayıb.

Hazırda hadisə ilə bağlı müvafiq qurumlar, eyni zamanda BNA tərəfindən araşdırma aparılır.

Bakucity.az

Qəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər