Mərkəzi Bank Bakıda müəllimlərə təlim keçib - FOTO

Təlimin keçən müəllimlərə sertifikatlar verilib

Bakucity.az xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə prioritet istiqamət kimi müəyyənləşdirilmiş “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfinin tədbirlərinin icrasını davam etdirir. Bu strateji tədbirlərin icrası çərçivəsində Mərkəzi Bank tərəfindən ölkənin ümumtəhsil məktəblərinin müəllimlərinə maliyyə savadlılığının kurikuluma inteqrasiya edilmiş elementlərinə dair peşəkar təlimlər keçirilir. 

2018-ci ilin noyabr-dekabr ayları ərzində Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə ibtidai siniflərdə Həyat Bilgisi fənnini tədris edən müəllimlərə təlimlər keçirilmişdir. Pilot layihə kimi keçirilən bu təlimlərdə Bakı şəhərinin ümumtəhsil məktəblərinin 100-dən artıq ibtidai sinif müəlliminə Maliyyə savadlılığı portalı (bizimpullar.az) haqqında məlumat verilmiş, Həyat Bilgisi və maliyyə savadlılığı, pul nişanları və onların mühafizə elementləri, büdcə planlaşdırması, mövcud resurslardan qənaətlə istifadə, vergi və dövlət büdcəsi, sığorta və digər mövzular tədris olunmuşdur. Təlimlərin yekununda iştirakçıların sualları cavablandırılmış, onlara öyrədici vəsaitlər paylanmışdır. İştirakçıların təlim haqqında rəyləri öyrənilmiş və yekun qiymətləndirilmə aparılmışdır. Təlimin sonunda keçirilmiş imtahan nəticələrinə müvafiq olaraq müəllimlər sertifikat əldə etmək hüququ qazanmışlar. 

Mərkəzi Bank təlim iştirakçılarının rəylərini nəzərə alaraq ibtidai sinif müəllimlərinə yönəlmiş bu pilot layihəni davam etdirməyi, eləcə də maliyyə maarifləndirilməsi istiqamətində ümumtəhsil məktəblərinin digər müəllim heyəti üçün gələcəkdə də müxtəlif tədbirlər keçirməyi nəzərdə tutur.

Bakucity.az

Mərkəzi Bank
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Xəsarət alan şəxsin vəziyyəti qənətbəxşdir Bakıda polis vətəndaşı öldürmək istəyən şəxsi zərərsizləşdirib. Bakucity.az xəbər verir ki, bu barədə Report-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Onun sözlərinə görə, paytaxt sakini, 1992-ci təvəllüdlü R.Məmmədova bıçaqla bədən xəsarəti yetirməkdə şübhəli bilinən Abşeron rayon sakini H.Aslanov ərazidə xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin (RPİ)...
Biznes
Ekspert "Baxış bucağı"nda bəzi təşəbbüslər irəli sürüb İqtisadçı ekspert, “VXA AUDİT” şirkətinin direktoru Elçin Qurbanov Bakucity.az-ın  qonağı olub. E.Qurbanov saytımıza verdiyi müsahibəsində Azərbaycanda vergi sahəsində aparılan islahatlar, vergi mədəniyyətinin indiki vəziyyəti, həmçinin vergi inzibatçılığının aparılmasında görülən işlərdən danışıb və vergi sahəsi ilə bağlı bəzi təşəbbüslər irəli sürüb. Sözügedən müsahibəni izləyicilərimizə təqdim ediri...
Cəmiyyət
Bu il paytaxtda 2508 ailə dağılıb Statistikaya görə, bu ilin ilk yarısında ölkə üzrə ümumilikdə 8 min 257 boşanma rəsmiləşib ki, bunun da 2508-i Bakıda qeydə alınıb. Mütəxəssislər hesab edirlər ki, ailələr əsasən qarşılıqlı anlayış olmadıqda dağılır. Boşanmalar isə daha çox uşaqlara zərər vurur. Maraqlıdır, münaqişəli ailələrin məcburi davam etməsi, yoxsa nikahın pozulması uşaqlara daha çox zərər verir?  Bakucity.az bu və digər suallara cavab almaq üçün “İ...
Cəmiyyət
Sərginin baş sponsoru “Kapital Bank”dır 10-12 oktyabrda Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisi keçiriləcək.  Bakucity.az xəbər verir ki, sərgi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dəstəklənir.  Həmçinin sərgiyə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikasının Kiçik və Orta...
Cəmiyyət
“Məktəbdə Elinanı ilk dəfə görəndə “ölmək istəyirəm” deyirdi” Bu gün ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi davam edib.  Bakucity.az-ın APA-ya istinadən xəbərinə görə, ittihamda qeyd olunub ki, 8 E sinif şagirdi E.Hacıyeva mütəmadi olaraq dərslərə gecikib, geyimi məktəbli formasına uyğun olmayıb, bundan öncə bir dəfə məktəbdə ülg...
Cəmiyyət
“Bütün söyüşlər özümə qayıtsın” Bakıda yol polisini ağır söyüşlərlə təhqir edən sürücü Fəxrəddin Nəsirov bütün polislərdən üzr istəyib.  Bakucity.az xəbər verir ki, sürücünün üzrhaqlıq videosu sosial şəbəkələrdə yayılıb. “Yol polisi əməkdaşı məni saxladı və taksi lisenziyası olmadığına görə cərimə yazdı. Protokolu götürüb maşına tərəf gedəndə özümdən çıxdım. Geri qayıdıb yol polisi əməkdaşını təhqir etdim. Həmçinin oxu: Bakıda yol polisini təhqir edən sürü...
Cəmiyyət
2019-cu ilin payızında Bakı sakinləri necə geyinəcklər?  Hər bir mövsümün öz rəng palitraları var, və bu rənglər dizaynerlərin yeni kolleksiyalarının trend tonlarına diktə edir. Bundan əlavə mövsümdən mövsümə geyimin tərzi, forması və keyfiyyətini dəyişir. Dizayner  və “Noora” brendinin təsisçisi Nurlana Allahverdiyeva bu payızın dəbi haqda Bakucity.az-a danışıb.  Modelyer bildirir ki, geyimin əsas və başlıca elementi rənglərin və aksesuarların müxtəlifliy...
Cəmiyyət
Sabaha gözlənilən hava şəraiti açıqlanıb Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.  Bakucity.az xəbər verir ki, cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.  Havanın temperaturu gecə 19-21, gündüz 29-31 dərəcə isti təşkil edəcək.  Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz olacaq. Bakucity.az
Cəmiyyət
Bakı metrosunda çəkilən bu videosu izlənmə rekordları qırır Bakı metrosunda çəkilən maraqlı görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bakucity.az baku.ws-ə istinadən xəbər verir ki, sərnişin qatara mindikdən sonra mahnı ifa etməyə başlayıb.  Onun bu hərəkəti digər sərnişinləri təəccübləndirib.  Sosial şəbəkələrdə yayılan video minlərlə baxış toplayıb. Bakucity.az