Teatra Maksim Perebeynosu dəvət olunub
Bakucity.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Trubadur” operası nümayiş olunacaq.
Əsas partiyalardan biri olan Qraf di Luna partiyasını ifa etmək üçün teatra Moskvanın “Qelikon-opera” Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Maksim Perebeynosu dəvət olunub.
Nümayişi martın 16-na nəzərdə tutulan səhnə əsərində Leonora partiyasını Serbiya milli operasının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Yasmina Trumbetaş ifa edəcək.
Səhnə əsərində digər rollarda azərbaycanlı vokal ustaları, Əməkdar artistlər Fərid Əliyev (Manriko), Əliəhməd İbrahimov (Rüis), solistlər Nina Makarova (Azuçena) və Tələt Hüseynov (Qoca qaraçı) çıxış edəcəklər.
Opera sənət ocağının baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.
Bakucity.az