Bakıda Meksika kinosu göstəriləcək

Bakıda Meksika kinosu göstəriləcək

Bu film 3 oskar qazanıb

Bakucity.az xəbər verir ki, Meksikanın Azərbaycandakı səfirliyi, “Landmark Cinema” ilə əməkdaşlıq apararaq meksikalı rejissor Alfonso Kuaronun “Ən yaxşı xarici film”, “Ən yaxşı rejissor” və “Ən yaxşı fotoqrafiya” nominasiyaları üzrə 3 “Oskar”a layiq görülmüş “Roma” filmini təqdim edib.

Tədbir iştirakçıları ötən əsrin 70-ci illərinin Mexiko şəhərinin həyat və ab-havasını canlandıran bu ekran əsərini maraqla seyr ediblər.

“Roma” filminin premyerası Venesiya Beynəlxalq Film Festivalı çərçivəsində 2018-ci il avqustun 30-da keçirilib və ekran əsəri “Qızıl şir” mükafatına layiq görülüb. Alfonso Kuaronun qələbəsi ilə meksikalı rejissorların uğuru bir daha təsdiqlənib. Son 6 il ərzində İncəsənət və Kinoşünaslıq Akademiyasında seçilmiş ən yaxşı rejissorlardan beşi meksikalıdır.

Bakucity.az

“Roma”
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər