“AirBaltic” Riqa-Bakı aviareysini bərpa edir

“AirBaltic” Riqa-Bakı aviareysini bərpa edir

Bu barədə aviaşirkətdən bildirilib

Bakucity.az xəbər verir ki, bu ilin mayın 2-dən etibarən Latviyanın “AirBaltic” şirkəti Riqa-Bakı marşrutu üzrə birbaşa aviareysi bərpa edəcək.

Belə ki, mayın 2-də Riqa-Bakı-Riqa marşrutu üzrə başlanacaq uçuşlar cari ilin oktyabr ayının 24-dək davam edəcək. Bakıdan Riqaya uçuşlar hər həftənin I və IV günləri saat 04:10-da yerinə yetiriləcək.

Hər iki istiqamətə biletin minimal qiyməti 137 avro təşkil edir.

Bakucity.az

“AirBaltic”
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər