Bakı-Tehran-Bakı istiqamətində uçuşların sayı artırıla bilər

"2018-ci ildə 241 min iranlı Azərbaycana səfər edib"

Bakucity.az-ın verdiyi məlumata görə iqtisadiyyat naziri Şahin Mustafayev Bakı-Tehran-Bakı istiqamətində uçuşların sayının artırılmasının məqsədəuyğun olduğunu deyib: 

"Tələbatı nəzərə almaq lazımdır və bu sahədə əməkdaşlığı dərinləşdirmək üçün Novruz bayramından öncə  hər iki ölkədə təbliğatların aparılması, eləcə də turizm sahəsində əməkdaşlıq üzrə işçi qrupunun yaradılması turizm əməkdaşlığımızın inkişafına təkan verə bilər".

Şahin Mustafayev iki ölkə arasında turizm əlaqələrinin davamlı olaraq inkişaf etməsinin, Azərbaycana səfər edən İran vətəndaşlarının sayının artmasının sevindirici hal olduğunu bildirib:

"2018-ci ildə 241 min iranlı Azərbaycana səfər edib. ASAN viza vasitəsilə viza alan əcnəbilərin sayına görə də İran vətəndaşları 1-ci sıradadır". 

Nazir vurğulayıb ki, bundan başqa, iki ölkə arasında kənd təsərrüfatı sahəsində də əməkdaşlıq üçün geniş imkanlar var.

"Ötən il ərzində "Aqrolizinq" ASC tərəfindən İrandan 44 ədəd müxtəlif kənd təsərrüfatı texnikası alınıb. Bu sahədə əməkdaşlığımızı daha da dərinləşdirmək məqsədilə qurudulmuş meyvə-tərəvəz məhsullarının istehsalı sahəsində İran texnologiyalarının tətbiqini, aqrar tədqiqat və aqrar ticarət sahəsində hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq əlaqələrinin yaradılmasını, eləcə də "Qida təhlükəsizliyi üzrə əməkdaşlıq haqqında Saziş”in imzalanmasını təklif edirik. 

Səhiyyə sahəsində də əməkdaşlıq vacib istiqamətlərdəndir, bu istiqamətdə də müvafiq işlər görülməkdədir. Belə ki, ötən il dekabrın 21-də Bakıda Azər-İran birgə klinikasının açılışı olub. Pirallahı Sənaye Parkında “Caspian Pharmed” birgə əczaçılıq zavodu 2017-ci ildə təməli qoyulub və bu istiqamətdə işlər davam etdirilir. İran istehsalı 11 dərman vasitəsi qeydiyyata alınıb", - deyə nazir bildirib. 

Bakucity.az

Nazir
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
1 baxış sentyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Xəsarət alan şəxsin vəziyyəti qənətbəxşdir Bakıda polis vətəndaşı öldürmək istəyən şəxsi zərərsizləşdirib. Bakucity.az xəbər verir ki, bu barədə Report-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Onun sözlərinə görə, paytaxt sakini, 1992-ci təvəllüdlü R.Məmmədova bıçaqla bədən xəsarəti yetirməkdə şübhəli bilinən Abşeron rayon sakini H.Aslanov ərazidə xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin (RPİ)...
Biznes
Ekspert "Baxış bucağı"nda bəzi təşəbbüslər irəli sürüb İqtisadçı ekspert, “VXA AUDİT” şirkətinin direktoru Elçin Qurbanov Bakucity.az-ın  qonağı olub. E.Qurbanov saytımıza verdiyi müsahibəsində Azərbaycanda vergi sahəsində aparılan islahatlar, vergi mədəniyyətinin indiki vəziyyəti, həmçinin vergi inzibatçılığının aparılmasında görülən işlərdən danışıb və vergi sahəsi ilə bağlı bəzi təşəbbüslər irəli sürüb. Sözügedən müsahibəni izləyicilərimizə təqdim ediri...
Cəmiyyət
Bu il paytaxtda 2508 ailə dağılıb Statistikaya görə, bu ilin ilk yarısında ölkə üzrə ümumilikdə 8 min 257 boşanma rəsmiləşib ki, bunun da 2508-i Bakıda qeydə alınıb. Mütəxəssislər hesab edirlər ki, ailələr əsasən qarşılıqlı anlayış olmadıqda dağılır. Boşanmalar isə daha çox uşaqlara zərər vurur. Maraqlıdır, münaqişəli ailələrin məcburi davam etməsi, yoxsa nikahın pozulması uşaqlara daha çox zərər verir?  Bakucity.az bu və digər suallara cavab almaq üçün “İ...
Cəmiyyət
Sərginin baş sponsoru “Kapital Bank”dır 10-12 oktyabrda Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisi keçiriləcək.  Bakucity.az xəbər verir ki, sərgi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dəstəklənir.  Həmçinin sərgiyə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikasının Kiçik və Orta...
Cəmiyyət
“Məktəbdə Elinanı ilk dəfə görəndə “ölmək istəyirəm” deyirdi” Bu gün ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi davam edib.  Bakucity.az-ın APA-ya istinadən xəbərinə görə, ittihamda qeyd olunub ki, 8 E sinif şagirdi E.Hacıyeva mütəmadi olaraq dərslərə gecikib, geyimi məktəbli formasına uyğun olmayıb, bundan öncə bir dəfə məktəbdə ülg...
Cəmiyyət
“Bütün söyüşlər özümə qayıtsın” Bakıda yol polisini ağır söyüşlərlə təhqir edən sürücü Fəxrəddin Nəsirov bütün polislərdən üzr istəyib.  Bakucity.az xəbər verir ki, sürücünün üzrhaqlıq videosu sosial şəbəkələrdə yayılıb. “Yol polisi əməkdaşı məni saxladı və taksi lisenziyası olmadığına görə cərimə yazdı. Protokolu götürüb maşına tərəf gedəndə özümdən çıxdım. Geri qayıdıb yol polisi əməkdaşını təhqir etdim. Həmçinin oxu: Bakıda yol polisini təhqir edən sürü...
Cəmiyyət
2019-cu ilin payızında Bakı sakinləri necə geyinəcklər?  Hər bir mövsümün öz rəng palitraları var, və bu rənglər dizaynerlərin yeni kolleksiyalarının trend tonlarına diktə edir. Bundan əlavə mövsümdən mövsümə geyimin tərzi, forması və keyfiyyətini dəyişir. Dizayner  və “Noora” brendinin təsisçisi Nurlana Allahverdiyeva bu payızın dəbi haqda Bakucity.az-a danışıb.  Modelyer bildirir ki, geyimin əsas və başlıca elementi rənglərin və aksesuarların müxtəlifliy...
Cəmiyyət
Sabaha gözlənilən hava şəraiti açıqlanıb Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.  Bakucity.az xəbər verir ki, cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.  Havanın temperaturu gecə 19-21, gündüz 29-31 dərəcə isti təşkil edəcək.  Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz olacaq. Bakucity.az
Cəmiyyət
Bakı metrosunda çəkilən bu videosu izlənmə rekordları qırır Bakı metrosunda çəkilən maraqlı görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bakucity.az baku.ws-ə istinadən xəbər verir ki, sərnişin qatara mindikdən sonra mahnı ifa etməyə başlayıb.  Onun bu hərəkəti digər sərnişinləri təəccübləndirib.  Sosial şəbəkələrdə yayılan video minlərlə baxış toplayıb. Bakucity.az