Maykl Esyen Bakı klubuyla müqavilə bağladı - FOTO

Maykl Esyen Bakı klubuyla müqavilə bağladı - FOTO

“Səbail” ulduz futbolçu ilə müqavilə bağlayıb

Bakucity.az xəbər verir ki, “Səbail” Futbol Klubu dünya şöhrətli Maykl Esyenlə müqavilə bağlayıb. 

Müqaviləyə əsasən, qanalı futbolçu 15 ay müddətində Bakı klubunun formasını geyinəcək. 

O, həmçinin U-19 komandasının məşqçilər heyətində də yer alacaq.

Xatırladaq ki, Qana millisinin heyətində 58 oyuna doqquz qol vurmuş yarımmüdafiəçi azad agent statusuna malik idi.

Peşəkar karyerasına Fransa “Bastia”sında başlayan Esyen ən çox oyuna İngiltərənin “Çelsi” klubunda çıxıb.

Yarımmüdafiəçi “Çelsi” formasında 168 oyunda 19 qol vurub.

O, İspaniya paytaxtının “Real” və İtaliya nəhəngi “Milan”ın da şərəfini qoruyub.

Bakucity.az

Maykl Esyen
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər