Bakıda fransız heykəltəraş Mauro Kordanın sərgisi açıldı - FOTO - bakucity.az

Bakıda fransız heykəltəraş Mauro Kordanın sərgisi açıldı - FOTO

Heydər Əliyev Mərkəzindəki sərgi sentyabrın 15-dək davam edəcək

Martın 15-də Heydər Əliyev Mərkəzində fransız heykəltəraş Mauro Kordanın “Zoospektiv və morfospektiv” adlı sərgisi açılıb.

Bakucity.az xəbər verir ki, açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov ölkəmizlə Fransa arasında əlaqələri gündən-günə inkişaf etdiyini bildirib. Qeyd edib ki, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi tərəfindən bir çox layihələr həyata keçirir. Vurğulayıb ki, Heydər Əliyev Mərkəzində artıq Fransanın Bernar Buffe və Lorens Cenkellin kimi tanınmış heykəltəraş və rəssamlarının incəsənət əsərləri təqdim olunub.

Sərginin kuratoru Mark Haşim belə bir möhtəşəm məkanda– Heydər Əliyev Mərkəzində Mauro Kordanın əsərlərinin təqdim etmək üçün yaratdığı xoş fürsətə görə təşkilatçılara təşəkkürünü bildirib.

“İnanıram ki, bu incəsənət əsərləri ilə tanışlıq sizin böyük marağınıza səbəb olacaq, onları bir növ özünüz üçün kəşf edəcəksiniz”, - deyə sərginin kuratoru qeyd edib.

Sərginin təşkilatçılarına və iştirakçılarına təşəkkür edən Mauro Kordo nümayiş olunan əsərləri haqqında məlumat verib. Bildirib ki, təqdim olunan incəsənət əsərləri bütün hissləri hərəkətə gətirən sənət nümunələridir. Bu əsərlər davamlı, ideyalara əsaslanan fransız heykəltəraşlığının nümunələridir.

Sonra mərasim iştirakçıları sərgi ilə tanış olublar.

Qeyd edək ki, M.Kordanın yaradıcılığında portret janrı mühüm yer tutur. O, yaratdığı əsərlərlə insanın daxili aləmini ən müxtəlif mühit və vəziyyətlərdə açır və buna nail olmaq üçün bürünc, keramika, dəmir, mərmər və digər müxtəlif materiallardan istifadə edir.

Mauro Korda yaradıcılığında heyvanlar aləminə də xüsusi yer verir. Bu əsərlər bir sıra heyvan növlərinin sürətlə tükənməsi kimi qlobal məsələlərə diqqət yönəltmək məqsədi daşıyır. Heykəltəraş vəhşi təbiət və ya zooparklardakı adi heyvan növlərinin tezliklə onun təqdim etdiyi fantastik məxluqlar kimi görünə biləcəyi mesajını verir.

Heydər Əliyev Mərkəzindəki sərgi sentyabrın 15-dək davam edəcək.

Bakucity.az

Heydər Əliyev Mərkəzi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Ekologiya
Bakucity.az sabaha gözlənilən hava proqnozunu təqdim edir: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz olacaq.  Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti təşkil edəcək.  Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nis...
Mədəniyyət
“Miss & Mister Azerbaijan 2019" un xanım qalibi rəqs bacarığını nümayiş etdirib Bakucity.az xəbər verir ki, “Miss & Mister Azerbaijan” Milli Gözəllik Müsabiqəsinin qalibi Səmra Hüseynovanın yeni videoroliki yayılıb. Model yeni videonu “İnstaqram” sosial şəbəkəsində paylaşıb. Bu videoda Səmra bədən gözəlliyini və rəqs bacarığını nümayiş etdirib.  Qeyd edək ki, Səmra bir sıra beynəlxalq və yerli moda layihələrində iştirak edib. Uzun müddət xaricdə işləyib. 2...
Mədəniyyət
Konsertdə Respublikanın tanınmış ulduzları çıxış edəcək Bakucity.az xəbər verir ki, 21 iyun saat 18:00-da Heydər Əliyev Mərkəzinin parkında "Azercell”in təşkilatçılığı ilə "Rəqəmsal Səma Altında" adlı möhtəşəm konsert-şou gerçəkləşəcək. Konsertin aparıcısı Murad Dadaşovun təqdimatında Azərbaycanın xalq artistləri EMİN, Zülfiyyə Xanbabayeva, məşhur müənnilər Nigar Camal, Elnarə Xəlilova, Çingiz Mustafayev, reper Elşad Xose, Dj Tim və "Nero Dance Group" çıxı...
Hadisələr
Hadisə aeroport yolunda baş verib Bakucity.az xəbər verir ki, hadisə ötən gecə aeroport yolunda baş verib. Hərəkətdə olan "KİA" markalı avtomobilin mühərrik hissəsi anidən alışmağa başlayıb. Avtomobili yolun kənarına çəkən sürücünün köməyinə ətrafdakılar çatıb. Yanğını söndürmək üçün hadisə yerinə yaxınlaşan avtomobillərdəki yanğınsöndürən balonlardan istifadə edilib. Xəsarət alan olmayıb, avotomobilə isə ziyan dəyib. (Trend.az) Bakucity.az
Mədəniyyət
Ulduzların siyahısı artırılacaq  Bakucity.az xəbər verir ki, 22 iyun saat 19:00-da "Jara" beynəlxalq musiqi festivalının “pre-party”sində məşhur azərbaycanlı ifaçılar və rus şou-biznesinin bəzi ulduzları çıxış edəcəklər. Bu barədə festivalın rəsmi “Instagram” səhifəsində bildirilib. Səhifədə həmçinin, siyahının yekun olmadığını və qonaqları daha çox sürprizlərin gözlədiyi də qeyd olunub: "Bizim “line up” hər gün yeni artistlərlə dolu olur! Siyahının yekun...
Hadisələr
Binəqədi rayonunda yol qəzası baş verib Bakucity.az xəbər verir ki, "Kamaz" və "VAZ-2107" markalı yük və minik maşınları toqquşub. Nəticədə 1963-cü il təvəllüdlü Məmmədova Şəhla Habil qızı və 1988-ci il təvəllüdlü Abbasova Gülü Həvasət qızı ciddi xəsarət alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Ş.Məmmədovaya kəllə-beyin travması və dişlərinin çoxsaylı sınığı, G. Abbasovaya isə sağ bud sümüyünün sınığı diaqnozu qoyulub. Faktla bağl...
İdman
Uşunun citkundo və çinda növləri üzrə Bakı kubokuna yekun vurulub Bakucity.az xəbər verir ki, iyunun 16-da Abşeron Olimpiya İdman Kompleksində yekun vurulan yarış yeniyetmələr, gənclər və kişilər arasında keçirilib.  Çempionatda Bakının idman klublarından 200-ə yaxın idmançı qızıl medal uğrunda mübarizə aparıb. Bakı kuboku üzrə mübarizədə "Arktika" komandası medal hesabına görə birinci olub. "Anar-Mehemmedi" komandası ikinci, "Avatar" komandası isə üçüncü...
Mədəniyyət
Festival gənclər tərəfindən maraqla qarşılanıb Bakucity.az xəbər verir ki, iyunun 15-də Novxanıda yerləşən "AF Hotel" də yüzlərlə gəncin iştirak etdiyi "Colour Festival Azerbaijan 2019" adlı rəng festivalı keçirilib.  Geniş maştablı festivalda DJ ORKHAN, DJ JABRAILOV, DJ STASY, DJ RASL və DJ K.m.L musiqiləri ilə gənclərin rəng şousunu daha da canlandırıb. Tədbirin aparıcıları DMC REMO & MC VALERY olub.  Programa rənglər şousu, personajlar, oyunlar və hədiy...
Cəmiyyət
Milli Qurtuluş Gününə həsr olunmuş konsrtlər Bakucity.az xəbər verir ki, iyunun 13-də Bakı Şəhər İcra Hakimiyyətinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə Bakı şəhərinin Suraxanı və Xəzər rayonlarında konsertlər keçirilib. Konsertlərdə sevilən sənətkarların və tanınmış incəsənət ustalarının  çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edək ki, Milli Qurtuluş gününə hə...