Bakıda temperatur kəskin enəcək - XƏBƏRDARLIQ

Bakıda temperatur kəskin enəcək - XƏBƏRDARLIQ, Javid

Güclü külək əsəcək, yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli hidrometeorologiya departamentindən Bakucity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 17-si axşamdan 19-u gündüzədək şimal-qərb küləyinin sürətinin 15-18 m/s, arabir 20-25 m/s olacağı, martın 18-də yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı, martın 20-də axşam kəsiləcəyi gözlənilir.

Havanın temperaturu 4-7 dərəcə aşağı enəcək.

Bakucity.az

Hava durumu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər