Bakıda “Ənənədən gələcəyə” adlı dəfilə təqdim edildi - FOTO

Bakı Milli Geyim evinin “Ənənədən gələcəyə” adlı dəfiləsi keçirilib

Martın 15-də Muzey Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Bakı Milli Geyim evinin “Ənənədən gələcəyə” adlı dəfiləsi keçirilib.

Bakı Milli Geyim evinin 10 illik yubileyinə həsr olunmuş dəfilədə bu illər ərzində hazırlanmış geyimlərlə yanaşı, yeni kolleksiyalar da qonaqlara təqdim edilib.

Bildirilib ki, hər il Novruz bayramından əvvəl Bakı Milli Geyim evi ənənəvi olaraq “Ənənədən gələcəyə” adlı bu layihəni həyata keçirir. Dəfilədə Azərbaycanın bütün bölgələrinə xas olan 30-dən çox qadın, kişi və uşaq geyimləri nümayiş olunur. Geyimlərin hər biri əl işidir və geyim evinin kollektivi tərəfindən hazırlanıb.

Diqqətə çatdırılıb ki, bir neçə ildir bu layihə ilə yanaşı, Bakı Milli Geyim evinin 50-dən çox geyimi ənənəvi olaraq hər il keçirilən Novruz bayramı şənliyində sərgilənir.

Dəfilədə qız və oğlanlar milli geyimləri “Sarı gəlin”, “Azərbaycan maralı” və “Laçın” xalq mahnılarının, Ü.Hacıbəylinin “Arazbarı” ritmik muğamı, Q.Qarayevin “Yeddi gözəl” baletindən valsın sədaları altında rəqs edərək nümayiş etdiriblər.

Gecədə Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki "Oyuq" teatr studiyasının balaca üzvləri də milli geyimlərdə səhnəyə çıxıblar. Balacaların milli geyimdə mahnı oxuyaraq rəqs etməsi dəfiləyə xüsusi rəng qatıb.

Tədbirdə tanınmış ictimaiyyət nümayəndələri, incəsənət xadimləri, ziyalılar, sənətsevərlər və media orqanlarının əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, Bakı milli geyim evi 2009-cu ildə təsis olunub. Geyim evindən Azərbaycanın bütün bölgələrinə məxsus milli geyimləri əldə etmək mümkündür. (AzerTac)

Bakucity.az

“Ənənədən gələcəyə”
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Paytaxta baş verən dəhşətli yol qəzalarının görüntüləri yayılıb. Bakucity.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı görüntülərdə yol hərəkət qaydalarını pozan sürücülər və piyadaların dəhşəti qəzaya səbəb olduğu əks olunur.  DİN vətəndaşlara müraciətdə bildirir ki, yol hərəkəti qaydalarına riayət edin: "Özünüzün və başqalarının həyatını təhlükəyə atmayın" Bakucity.az
İdman
Həftəsonu bir-birindən əyləncəli tədbirlər olacaq. Bakucity.az xəbər verir ki, bu həftəsonu baş tutacaq yarış çərçivəsində dənizkənarı bulvar ərazisində yerləşən Əyləncə Zonasında biletli tamaşaçılara bir-birindən maraqlı əyləncə tədbirləri təqdim olunacaq. Bu gündən etibarən Əyləncə Zonasının qapıları tamaşaçıların üzünə açıqdır və əyləncə proqramı saat 21:00-dək davam edəcək. Həftənin digər günlərində - 26, 27 və 28 aprel tarixlərində isə bu zona saat 10...
Mədəniyyət
Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulacağı yeri açıqlanıb. Bakucity.az xəbər verir ki, heykəlinin İstiqlaliyyət küçəsində, “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada ucaldılması nəzərdə tutulur.  Bununla bağlı Heydər Əliyev Fondunun mətbuat xidmətindən məlumat verilib.  Bildirilib ki, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq mü...
Hadisələr
Polis valideynin şikayətini araşdırır. Bakucity.az xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində yerləşən 205 saylı orta məktəbdə baş verib. Bu barədə Binəqədi rayon sakini Şahin Əliyev polisə şikayətində bildirib. O qeyd edib ki, Sevinc Əzimova adlı müəllimi onun 7-ci sinifdə oxuyan oğlunu şagirdlərin gözləri qarşısında təhqir edib, onun şəxsiyyətini alçaldıb və xəsarət yetirib. Valideyn bildirib ki, müəllim oğlunun saçını şagirdlərin qarşısında dartaraq sa...
Cəmiyyət
Yeni mərkəzin tikintisi nə vaxt başlayacaq? Bakucity.az  xəbər verir ki, sökülücək “Təbriz” kinoteatrının yerində daha müasir ticarət-əyləncə mərkəzinin tikilməsi planlaşdırılır. Bununla bağlı Nizami Rayon İcra Hakimiyyətindən (RİH) açıqlama verilib: “Yeni mərkəzin layihəsi ilə bağlı aidiyyəti qurumlardan rəy və tikinti üçün icazə alınıb”. Qeyd olunub ki, yeni binada müxtəlif xidmət sahələri ilə yanaşı, kinoteatr da fəaliyyət göstərəcək. Bakucity.az
Mədəniyyət
Hazırda İçərişəhərdə nə baş verir? Bakucity.az xəbər verir ki, bir neçə gündür sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində “İçərişəhərdə Qala divarları dağıdılır” başlıqlı materiallar tirajlanır. Sosial şəbəkələrdə insanlar Qala divarının dağıdılmasını və yerində hansısa iaşə obyektinin tikintisinin aparılmasını tənqid atəşinə tutub.  Bəs əslində, bütün bu iddialar həqiqəti əks etdirirmi? Hazırda İçərişəhərdə nə baş verir? “İçərişəhər” Dövlət Tar...
Cəmiyyət
Kəsilmiş toyuqlar natəmiz vannalarda saxlanılıb. Bakucity.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşları Hövsan qəsəbəsi, Bağça küçəsi ünvanında fəaliyyət göstərən quş kəsim sexinə baxış keçiriblər. Baxış zamanı vətəndaş Babayev Ceyhun Rafiq oğluna məxsus sexin qeyd olunan ünvanda gecə saatlarında fəaliyyət göstərdiyi və baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab vermədiyi müəyyən edilib. Belə ki, qa...
Mədəniyyət
Təşkilatçılar "Jara" pərəstişkarları üçün sürprizlər edəcək. Bakucity.az xəbər verir ki, "Jara" Beynəlxalq Musiqi Festivalının proqramında yeniliklər olacaq. Bu barədə təşkilatçı festivalın rəsmi “İnstagram” səhifəsində elan verib: “Böyük məmnuniyyətlə festivalın yenilənmiş proqramını təqdim edirik! Daha çox sevilən sənətçilər -bütün dövrlərin hitləri və bütün bunlar - 4 ən isti iyul günləri üçün nəzərdə tutulub. Diqqətinizə çatdırırıq ki, sənətçilərin siy...
Biznes
Sizi paytaxtda satılan ən bahalı mənzillə tanış edirik. Bakıda ən bahalı və ən gözəl mənzillərə sahib olmaq istəyənlərin sayı az deyil. Daşınmaz əmlak saytlarında hədsiz bahalı mənzil elanlarına maraq da bunu sübut edir. Bakucity.az  hazırda Bakıdakı ən bahalı və dəbdəbəli mənzili müəyyənləşdirib.  Bina.az saytındakı məlumata görə, indilərdə Bakıdakı ən bahalı ev Səbail rayonu "Port Baku Residence" kompleksində yerləşən 8 otaqlı penthausdur. Böyük terraslı...