İlbər Ortaylı Heydər Əliyev Mərkəzində mühazirə ilə çıxış edəcək

İlbər Ortaylı Heydər Əliyev Mərkəzində mühazirə ilə çıxış edəcək, Javid

Heydər Əliyev Mərkəzində tanınmış türkiyəli tarixçinin mühazirəsi olacaq. 

Aprelin 14-də Heydər Əliyev Mərkəzində tanınmış türkiyəli tarixçi, professor İlbər Ortaylının mühazirəsi olacaq. 

Mühazirə “Qafqaz tarixi” mövzusunda olacaq.

İlbər Ortaylı 1947-ci ildə anadan olub. Ankara Universitetinin siyasi biliklər fakültəsini və dil, tarix, coğrafiya fakültəsinin tarix bölməsini bitirib. Magistr təhsilini Çikaqo Universitetində alıb. 1974-cü ildə doktorluq dissertasiyasını müdafiə edib, 1979-cu ildə dosent, 1989-cu ildə isə professor olub. Bir çox elmi məqalən və kitabın müəllifidir.

Biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə edə bilərsiniz.

Bakucity.az

Heydər Əliyev Mərkəzi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər