Bakıda Keyko Matsuinin konserti olub - FOTO

Bakılılar yaponiyalı pianoçunun əsrarəngiz əsərlərini dinləyiblər

Bakucity.az xəbər verir ki, martın 16-də Heydər Əliyev adına Sarayda məşhur yapon pianoçusu və bəstəkarı Keyko Matsuinin "BEST HITS" - "Ən yaxşı hitlər" adlı konserti gerçəkləşib. Bu pianoçunun Bakıya ilk səfəri deyil və burada onun yaradıcılığını həmişə yüksək qiymətləndirərək konsertiondə iştirak edirlər. 

Tamaşaçıların alqışları altında səhnəyə çıxan ulduz hamını salamlayıb:

Axşamınız xeyir! Bu, mənim Bakıya beşinci səfərimdir və mən çox şadam ki, yenidən bu gözəl şəhərdəyım! Bu gün mən öz orkestrm olmadan çıxış edəcəyəm. Bu mənim solo layihəmdir və mən "Echo" adlı son albomumdan bir neçə yeni kompozisiyalarımı təqdim edəcəyənm. Ümid edirəm xoşunuza gələcək".

Doğrudan da səhnədə yalnız çox bahalı qara fortepiano “Steinway Sons &” vardı, amma buna baxmayaraq, Matsuinin çıxışı orkestr olmadan da çoxşaxəli idi. Pianoçunun barmaqları dillər üzərində məharətlə oynayaraq musiqi müxtəlifliyi yaradırdı. 

Keyko Matsui hər növbəti əsərini ifa etməzdən əvvəl, əsərin tarixçəsini və bu əsərin onun üçün nə ifadə etdiyini izah edərək tamaşaçılarla ünsiyyət qurmağa çalışırdı:

“Bu gün ifa etdiyim əsərlər, məni əhatəyə alan həyatın mənasıdır deyə düşünürəm. Bu dünyaya gəlişimiz, planetimizin və insanların qarşılıqlı fəaliyyəti haqqında mən çox düşünürəm və bütün bu fikirlərimi musiqilərimdə əks etdirməyə çalışıram”.

Bu axşam bəstəkar “Forever, Forever”, “Esprit”, “Echo”, “Casablanca”, “Moon over Gotham”, kimi bir çox başqa əsərlərini ifa etdi. Bəstəkarın məşhur kompozisiyası olan"Tears Of The Ocean"ı isə tamaşaçılar alqışlarla qarşıladılar. Konsert proqramı ulduzun "Viva Life" ritmik və gözəl əsəri ilə başa çatıb. 

Bu konsertdən sonra bir daha əmin olduq ki, Keyko Matsuinin musiqisi qeyri-standartdır. Pərəstişkarları bilirlər ki, pianoçu bu gün klassik caz və populyar “nyu-eyc”i birləşdirdi. Müxtəlif alətləri birləşdirən unikal tənzimləmələr pianoçunun musiqisinə maraqlı və ecazkar notlar əlavə edir.

Gecənin sonunda Matsui, publikaya minnətdarlıq ifadə edən sözlərlə müraciət edib:

"Sağ olun ki, bu gecə mənimlə oldunuz! Bakını və onun sakinlərini çox sevirəm! Bu gün səhər gəlmişəm, sabah səhər isə artıq başqa ölkəyə gedəcəyəm, amma mən əminəm ki, biz yenə görüşəcəyik. Çünki mən yenə buraya gələcəyəm".

Konsert Keyko Matsui avtoqraf-sessiyası ilə başa çatıb. Tamaşaçıların hər biri nəinki sevimli musiqiçidən imza alıblar, həm də onun "Echo" adlı yeni albomunu da əldə ediblər.

Züleyxa İsmayılova

Bakucity.az

Keyka Matsui
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Paytaxta baş verən dəhşətli yol qəzalarının görüntüləri yayılıb. Bakucity.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı görüntülərdə yol hərəkət qaydalarını pozan sürücülər və piyadaların dəhşəti qəzaya səbəb olduğu əks olunur.  DİN vətəndaşlara müraciətdə bildirir ki, yol hərəkəti qaydalarına riayət edin: "Özünüzün və başqalarının həyatını təhlükəyə atmayın" Bakucity.az
İdman
Həftəsonu bir-birindən əyləncəli tədbirlər olacaq. Bakucity.az xəbər verir ki, bu həftəsonu baş tutacaq yarış çərçivəsində dənizkənarı bulvar ərazisində yerləşən Əyləncə Zonasında biletli tamaşaçılara bir-birindən maraqlı əyləncə tədbirləri təqdim olunacaq. Bu gündən etibarən Əyləncə Zonasının qapıları tamaşaçıların üzünə açıqdır və əyləncə proqramı saat 21:00-dək davam edəcək. Həftənin digər günlərində - 26, 27 və 28 aprel tarixlərində isə bu zona saat 10...
Mədəniyyət
Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulacağı yeri açıqlanıb. Bakucity.az xəbər verir ki, heykəlinin İstiqlaliyyət küçəsində, “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada ucaldılması nəzərdə tutulur.  Bununla bağlı Heydər Əliyev Fondunun mətbuat xidmətindən məlumat verilib.  Bildirilib ki, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq mü...
Hadisələr
Polis valideynin şikayətini araşdırır. Bakucity.az xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində yerləşən 205 saylı orta məktəbdə baş verib. Bu barədə Binəqədi rayon sakini Şahin Əliyev polisə şikayətində bildirib. O qeyd edib ki, Sevinc Əzimova adlı müəllimi onun 7-ci sinifdə oxuyan oğlunu şagirdlərin gözləri qarşısında təhqir edib, onun şəxsiyyətini alçaldıb və xəsarət yetirib. Valideyn bildirib ki, müəllim oğlunun saçını şagirdlərin qarşısında dartaraq sa...
Cəmiyyət
Yeni mərkəzin tikintisi nə vaxt başlayacaq? Bakucity.az  xəbər verir ki, sökülücək “Təbriz” kinoteatrının yerində daha müasir ticarət-əyləncə mərkəzinin tikilməsi planlaşdırılır. Bununla bağlı Nizami Rayon İcra Hakimiyyətindən (RİH) açıqlama verilib: “Yeni mərkəzin layihəsi ilə bağlı aidiyyəti qurumlardan rəy və tikinti üçün icazə alınıb”. Qeyd olunub ki, yeni binada müxtəlif xidmət sahələri ilə yanaşı, kinoteatr da fəaliyyət göstərəcək. Bakucity.az
Mədəniyyət
Hazırda İçərişəhərdə nə baş verir? Bakucity.az xəbər verir ki, bir neçə gündür sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində “İçərişəhərdə Qala divarları dağıdılır” başlıqlı materiallar tirajlanır. Sosial şəbəkələrdə insanlar Qala divarının dağıdılmasını və yerində hansısa iaşə obyektinin tikintisinin aparılmasını tənqid atəşinə tutub.  Bəs əslində, bütün bu iddialar həqiqəti əks etdirirmi? Hazırda İçərişəhərdə nə baş verir? “İçərişəhər” Dövlət Tar...
Cəmiyyət
Kəsilmiş toyuqlar natəmiz vannalarda saxlanılıb. Bakucity.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşları Hövsan qəsəbəsi, Bağça küçəsi ünvanında fəaliyyət göstərən quş kəsim sexinə baxış keçiriblər. Baxış zamanı vətəndaş Babayev Ceyhun Rafiq oğluna məxsus sexin qeyd olunan ünvanda gecə saatlarında fəaliyyət göstərdiyi və baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab vermədiyi müəyyən edilib. Belə ki, qa...
Mədəniyyət
Təşkilatçılar "Jara" pərəstişkarları üçün sürprizlər edəcək. Bakucity.az xəbər verir ki, "Jara" Beynəlxalq Musiqi Festivalının proqramında yeniliklər olacaq. Bu barədə təşkilatçı festivalın rəsmi “İnstagram” səhifəsində elan verib: “Böyük məmnuniyyətlə festivalın yenilənmiş proqramını təqdim edirik! Daha çox sevilən sənətçilər -bütün dövrlərin hitləri və bütün bunlar - 4 ən isti iyul günləri üçün nəzərdə tutulub. Diqqətinizə çatdırırıq ki, sənətçilərin siy...
Biznes
Sizi paytaxtda satılan ən bahalı mənzillə tanış edirik. Bakıda ən bahalı və ən gözəl mənzillərə sahib olmaq istəyənlərin sayı az deyil. Daşınmaz əmlak saytlarında hədsiz bahalı mənzil elanlarına maraq da bunu sübut edir. Bakucity.az  hazırda Bakıdakı ən bahalı və dəbdəbəli mənzili müəyyənləşdirib.  Bina.az saytındakı məlumata görə, indilərdə Bakıdakı ən bahalı ev Səbail rayonu "Port Baku Residence" kompleksində yerləşən 8 otaqlı penthausdur. Böyük terraslı...