Bakıda baş plana uyğun gəlməyən binalar söküləcək? - AÇIQLAMA

Xaotik tikinti paytaxtda nizamı pozur

Prezident İlham Əliyev bu yaxınlardakı çıxışlarından birində qeyd etdi ki, Bakıda xaotik tikintiyə son qoyulacaq. Bundan savayı, ölkənin digər rəsmi şəxsləri də Bakıda xaotik və qanunsuz tikintiyə son qoyulmasının vacibliyi barədə açıqlamalar veriblər. İndiyə qədər Bakıda baş plana uyğun gəlməyən yerlərdə, sürüşmə zonalarında hündürmərtəbəli binalar tikilib. Onların bir çoxu estetik baxımdan da geri qalırlar. Bu tendensiya ilə bağlı hansı işləri görmək olar?  Xaotik tikinti problemlərini necə aradan qaldırmaq olar? Bu binaların sökülməsi ehtimalı varmı? – Bakucity.az bu kimi suallara cavab tapmaq üçün memar Nadir Qasımovdan müsahibə alıb. Materialı oxuculara təqdim edirik.

“Bu binaları sökmək qeyri mümkündür”

Nadir Qasımov açıqlamasında qeyd edib ki, Bakıda xaotik şəkildə tikilən binalar ilk növbədə şəhərsalma qanunlarından kənara çıxaraq, şəhərin qırmızı xəttlərini, küçələrin, prospektlərin kənarlarının formalaşmasını korlayır:

“Bu binalar həm də paytaxtda sıxlıq əmsalının artmasına səbəb olur. Yəni, balaca bir ərazidə insanların kütləvi şəkildə yerləşdirilməsi həmin binaların ətrafında maşın-mexanizm sıxlığında da kifayət qədər özünü göstərir. Ümumiyyətlə, bu tikililər barədə mənfiləri saymaqla bitməz və onların mövcudluğu bütün hallarda pis nəticələnir”.  

N. Qasımovun fikrincə nəticə barəsində əvvəlcədən düşünülməyib:

“Bu binaların sökülməsi kimlərinsə maraqlarına toxuna bilər. Bunu əvvəlcədən düşünmək lazım idi. Çünki həmin binaların ərsəyə gəlməsi üçün kifayət qədər pul xərclənib, zəhmət sərf olunub. Binaların əksəriyyəti yaşayış üçün nəzərdə tutulub və hal-hazırda bu binalarda yaşayış var. Tikinti şirkətlərini hər-hanısa bir formada razı salmaq olar bəlkə, amma insanlar mənzillərində müxtəlif qiymətlərə təmir işləri aparıblar. Onları söküntü ilə bağlı kim razı sala bilər? Burada məsələ sadəcə maddiyyata da bağlanmır. İnsanlar mənzil seçərkən onun qohumlarına,  iş yerlərinə, övladlarının məktəblərinə və hətta doğulduqları ərazilərə yaxın olması barədə də düşünürlər. Deyək ki, bu binaları tikənləri cəzalandırdılar, nə olsun? Yenə də onların sökülmək etimalı sıfıra bərabərdir”. 

Çıxış yolu nədir?

Ekspert çıxış yolunu sadəcə olaraq həmin binaların ərazilərində müəyyən qədər abadlıq, genişləndirmə işlərinin aparılmasında görür:

“Həmin tikililərin ətrafında olan kiçik əraziləri alıb o binaların ətrafını genişləndirmək ola bilsin mümkündür. Yəni, bu binalar tikilərkən ətrafındakı əraziləri necə ala-ala gediblərsə, indiki görüntü formalaşıb, indi də onları məcbur eləmək lazımdır ki, binaların ətraflarında olan gecəqonduları da alıb əraziləri böyütsünlər və orada müəyyən dərəcədə abadlıq işləri aparsınlar. Bu edilsə, həm də o əraziləri əldə edib yeni binalar tikmək istəyən digər şirkətlər üçün bir xəbərdarlıq olar. Bundan sonra isə yeni tikintilərə daha ciddi yanaşılmalıdır".

 Nadir Qasımov açıqlamasında həmçinin qeyd edib ki, haqqında bəhs edilən binalar xaotik tikilsələr də, böyük ehtimalla dayanıqlıdırlar:

“Bu binaların tikintisinə necə icazə verilib deyə bilmərəm, amma müəyyən bir qaydalara, normativlərə riayət olunmasaydı, hər halda onlar tikilməzdi. Çünki müəyyən olunmuş qayda-qanunlara riayət olunmadıqda tikintiyə icazə verilməməlidir. Yəni, bu binaların dayanıqlığı tələb olunan qaydalara cavab verməsəydi, ekspertizadan tikintiyə icazə verilməzdi. Onların estetik və ya qeyri-estetik tikilməsi, daha ucuz və ya baha materiallarla başa gəlməsi o demək deyil ki, dayanıqlığı olmasa ekspertiza tikintiyə icazə verər.  Güman edirəm ki, ən azından konstruktiv möhkəmlik baxımından bu binaların dayanıqlığı nəzərə alınıb”.

Bakının yeni baş planı hazırlanır

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılması ilə bağlı sərəncam imzalayıb. Komitə Bakı şəhərinin baş planının hazırlanması üçün "Böyük Üçlük” adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini – "The Boston  Consulting Group” ("Boston Konsaltinq Qrup”) şirkətini bu işə cəlb edib. Hazırda Bakı şəhərinin baş planının hazırlanması üzrə işlər davam etdirilir.

Bakının ilk Baş Planı 1898-ci ildə o dövrun məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə respublika Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.

Yeni Baş Plan - “Böyük Bakının Regional İnkişaf Planı” isə 2035-cu ilədək dövrü əhatə etməlidir.

Ramilə Qardaşxanqızı 

Bakucity.az

Xaotik tikinti Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
550 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Ekologiya
Temperatur 13 dərəcəyə yüksələcək Bazar günü Bakıda müşahidə olunacaq hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, dekabrın 15-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-8°, gündüz 11-13° isti...
Cəmiyyət
General tapşırıqlar verdi Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində (DYMX) Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə dekabrın 10-da Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsinin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. FHN-dən BakuCity.az-a verilən məlumata görə, müşavirədə çıxış edən DYM...
Cəmiyyət
O, Rusiyada yaşayır və Bakıya bir günlük gəlib Bakının Sabunçu rayonu ərazisində baş vermiş ikili qətlin qurbanların yaxın qohumunun törətməsindən şübhələnilir. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Sabunçu rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib. Qeyd edək ki, dekabrın 13-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadənin yaşadıqları mə...
Hadisələr
Çəkilişə də mane olub Bakıda iki maşın toqquşub. BakuCity.az APA TV-yə istinadən məlumat verir ki, “Infiniti” markalı avtomobili idarə edən qadın sürücü 3-cü mikrorayon dairəsində “Opel” markalı avtomobilə çırpılıb.  Nəticədə “Infiniti”yə ciddi ziyan dəyib. Buna baxmayaraq qadın sürücü “Opel”in sahibini günahkar çıxarmaq istəyib və mübahisəyə başlayıb. Bu azmış kimi çəkiliş qrupunun işinə mane olmağa çalışıb, həm də kameraya əl ataraq.  O, sənədlərini yol...
Hadisələr
Yaralılardan ikisi uşaqdır Bakıda avtobus qəzaya uğrayıb. Səhiyyə Nazirliyindən BakuCity.az-a bildirilib ki, Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 08:45-də daxil olub. Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. 2-si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Xəstəxanasına çatdırılıblar. Həmçinin oxu: Bakıda avtobusa hüc...
Cəmiyyət
Vətəndaşları narahat edən sualların cavabı Son günlər Bakıda dövlət tərəfindən satışa çıxarılacaq kirayə mənzillərlə bağlı məsələ müzakirə olunur. BakuCity.az xəbər verir ki, tanınmış jurnalist, iqtisadçı Əli Əhmədov mövzu ilə bağlı vətəndaşları narahat edən sualları canlı yayımda cavablandırıb. Həmçinin oxu: Bakıda kirayə mənzilləri necə almaq olar? - Bütün suallara CAVAB Həmin videonu təqdim edirik: BakuCity.az
Kriminal
Cinayət işi açıldı Bakının Sabunçu rayonunda dəhşətli cinayət baş verib. BakuCity.az xəbər verir ki, hadisə şahidlərinin Baku.ws-ə verdikləri məlumata görə, cinayət dünən saat 22 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Akkord”un 10-cu binasında baş verib. Bildirilir ki, gənc oğlan həmin ünvanda kirayədə qalan anası və bacısını xüsusi amansızlıqla qətlə yetirib. Ölənlər 1994-cü il təvəllüdlü Elgün Əbülfəz qızı Niftizadə və onun anası 196...
Mədəniyyət
Abşeron və Xəzər dənizinin romantiki... Dekabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Nadir Qasımovun anadan olmasının 90 illiyinə həsr olunmuş sərgi açılacaq. Bu barədə BakuCity.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bəzən tufanlı, bəzən də həzin Xəzəri, dənizi ram edən neftçiləri, Azərbaycan təbiətinin gözəlliklərini, zəhmət, elm, sənət adamlarını və qadın gözəlliyini tərənnüm edən sərgidə 1940-cı illərin sonundan 2000-ci ilə k...
Kriminal
Hazırda fəaliyyəti dayandırılıb  Bakıda şirniyyat sexi qarət edilib. BakuCity.az Trend-ə istinadən xəbər verir ki, bu barədə polisə sex sahibi Mustafayeva Svetlana Ağamir qızı məlumat verib. Sahibkar bildirib ki, noyabrın 6-dan dekabrın 10-na qədər olan müddət ərzində ona məxsus, hazırda fəaliyyəti dayandırılmış, Bakı şəhəri, Yeni Yasamal-2, Xiyabani küçəsi, 9 ünvanında yerləşən şirniyyat sexindən naməlum şəxslər dəyəri 140-150 min manat olan 4 ədəd soba,...