Bakıda bu peşə sahiblərinin maaşları artırılır - QƏRAR

Bakıda bu peşə sahiblərinin maaşları artırılır - QƏRAR, Javid

Dəyişiklik layihəsi Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.

Bakucity.az xəbər verir ki, Azərbaycanda Konstitusiya Məhkəməsinin hakimlərinin sosial müdafiəsi gücləndirilir. Bununla bağlı “Konstitusiya Məhkəməsi haqqında” qanunun 71-ci ( Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı) maddəsinin 2 bəndi yeni redaksiyada verilib: “Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına bərabərdir.

Hazırki bənd isə belədir: “Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2335 manatdır”.

Qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə də dəyişiklik olunub. Əlavəyə əsasən, Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.

Qeyd edək ki, Milli Məclis sədri 2475 manat əmək haqqı alır.

Dəyişiklik layihəsi Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. (Report)

Bakucity.az

Milli Məclis
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər