Bakıda “Fərqli fərdlər” konqresinə qeydiyyat başlandı

Heydər Əliyev Mərkəzində 1-ci “Fərqli fərdlər” konqresi keçiriləcək.

Bakucity.az xəbər verir ki, aprelin 6-da Heydər Əliyev Mərkəzində fərqli inkişaf özəllikləri olan uşaqlara həsr olunan 1-ci “Fərqli fərdlər” konqresi keçiriləcək.

Konqresin məqsədi ictimaiyyətin diqqətini fərqli özəllikləri olan uşaqların inkişafına və təlim-tərbiyəsinə yönəldərək valideynlər, mütəxəssislər və pedaqoqlar arasında dialoq qurmaq və inklüziv cəmiyyətin dövlət tərəfindən müəyyənləşdirilmiş inkişaf təmayülünü dəstəkləməkdir. Tədbirdə aşağıdakı mövzuları ehtiva edən 4 panel təqdim olunacaq:

1)    Autizm spektr pozuntusu; 2) Diqqət çatışmazlığı və Hiper-aktivlik sindromu; 3) Turett sindromu; və 4) Daun sindromu.

Konqresin məruzəçiləri arasında tanınmış beynəlxalq və yerli mütəxəssislər, fərqli inkişaf xüsusiyyətləri olan uşaqların valideynləri, eləcə də öz həyat və nailiyyət tarixçələri barədə danışmaq istəyən insanlar yer alır. Konqresdə həmçinin dövlət strukturları, müəllimlər, həkimlər və fərqli inkişaf özəllikləri olan insanlar ilə iş üzrə mütəxəssislər iştirak edəcəklər.

Hazırda tədbirdə çıxış edəcək iştirakçılar arasında klinik psixoterapevt Natalya Yaroşenko (İsveç), Beynəlxalq Disleksiya Mərkəzinin rəhbəri psixoloq Lora Zakon (İsrail), “Daunsayd Ap” xeyriyyə fondu nəzdində Təhsil mərkəzinin direktoru Yelena Pol (Rusiya), Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin müdiri Natella Həsənova (Azərbaycan) var.

İnkişaf özəllikləri olan uşaqların öz normotipik həmyaşıdları ilə təhsil alması həyati əhəmiyyət kəsb edir və sevindirici haldır ki, Azərbaycanda belə uşaqlar dövlət qayğısı ilə əhatə olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsi ölkədə inklüziv cəmiyyətin inkişaf etdirilməsi baxımından yeni imkanlar yaradıb.

Ənənəvi olaraq aprel ayı bütünlüklə autizm barədə məlumatlandırma işlərinə həsr olunur - çoxsaylı aksiyalar sayəsində bütün dünyada insanlar bu inkişaf pozuntusuna diqqət yetirərək daha çox məlumat əldə edirlər. Həmçinin bu aksiyanı dəstəkləyən xeyriyyə və kommersiya təşkilatlarının sayı da ildən-ilə dəfələrlə artır ki, bu da sözügedən aksiyalara, ən əsası isə onların səmərəliliyinə olan yüksək tələbatı əks etdirir.

Fərqli inkişaf özəllikləri olan uşaqlara həsr edilən 1-ci “Fərqli fərdlər” konqresi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Heydər Əliyev Fondunun, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Ailə və Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin dəstəyi ilə keçəcək.

Konqresinin baş tərəfdaşı qismində BP çıxış edir. Tədbir Shokki Mokki brendi, həmçinin Halliburton, ACE Group Consultants, Art Trio, Credo və CTS Translation şirkətləri tərəfindən dəstəklənir. Təşkilatı dəstək - “Birgə və sağlam” ictimai birliyi.

Konqresdə iştirak etmək üçün linki (https://ferqliferdler.az/az-home.html) istifadə edərək qeydiyyatdan keçib elektron biletinizi əldə edə bilərsiniz. Bununla yanaşı, arzu edən hər kəs (könüllülük əsasında) tədbiri dəstəkləyə bilər. Bütün maraqlanan şəxs və şirkətlər tərəfdaşlığa dəvət edilir (congress@ceo.az; info@famtram.az).

Konqresin təşkilatçıları qismində Famtram.az ailə portalı, Edutainment.az təhsil strukturu və peşəkar tədbirlərin aparıcı təşkilatçısı - “CEO” şirkəti (ceo.az) çıxış edir.

Bakucity.az

“Fərqli fərdlər”
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Paytaxta baş verən dəhşətli yol qəzalarının görüntüləri yayılıb. Bakucity.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı görüntülərdə yol hərəkət qaydalarını pozan sürücülər və piyadaların dəhşəti qəzaya səbəb olduğu əks olunur.  DİN vətəndaşlara müraciətdə bildirir ki, yol hərəkəti qaydalarına riayət edin: "Özünüzün və başqalarının həyatını təhlükəyə atmayın" Bakucity.az
İdman
Həftəsonu bir-birindən əyləncəli tədbirlər olacaq. Bakucity.az xəbər verir ki, bu həftəsonu baş tutacaq yarış çərçivəsində dənizkənarı bulvar ərazisində yerləşən Əyləncə Zonasında biletli tamaşaçılara bir-birindən maraqlı əyləncə tədbirləri təqdim olunacaq. Bu gündən etibarən Əyləncə Zonasının qapıları tamaşaçıların üzünə açıqdır və əyləncə proqramı saat 21:00-dək davam edəcək. Həftənin digər günlərində - 26, 27 və 28 aprel tarixlərində isə bu zona saat 10...
Mədəniyyət
Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulacağı yeri açıqlanıb. Bakucity.az xəbər verir ki, heykəlinin İstiqlaliyyət küçəsində, “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada ucaldılması nəzərdə tutulur.  Bununla bağlı Heydər Əliyev Fondunun mətbuat xidmətindən məlumat verilib.  Bildirilib ki, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq mü...
Hadisələr
Polis valideynin şikayətini araşdırır. Bakucity.az xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində yerləşən 205 saylı orta məktəbdə baş verib. Bu barədə Binəqədi rayon sakini Şahin Əliyev polisə şikayətində bildirib. O qeyd edib ki, Sevinc Əzimova adlı müəllimi onun 7-ci sinifdə oxuyan oğlunu şagirdlərin gözləri qarşısında təhqir edib, onun şəxsiyyətini alçaldıb və xəsarət yetirib. Valideyn bildirib ki, müəllim oğlunun saçını şagirdlərin qarşısında dartaraq sa...
Cəmiyyət
Yeni mərkəzin tikintisi nə vaxt başlayacaq? Bakucity.az  xəbər verir ki, sökülücək “Təbriz” kinoteatrının yerində daha müasir ticarət-əyləncə mərkəzinin tikilməsi planlaşdırılır. Bununla bağlı Nizami Rayon İcra Hakimiyyətindən (RİH) açıqlama verilib: “Yeni mərkəzin layihəsi ilə bağlı aidiyyəti qurumlardan rəy və tikinti üçün icazə alınıb”. Qeyd olunub ki, yeni binada müxtəlif xidmət sahələri ilə yanaşı, kinoteatr da fəaliyyət göstərəcək. Bakucity.az
Mədəniyyət
Hazırda İçərişəhərdə nə baş verir? Bakucity.az xəbər verir ki, bir neçə gündür sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində “İçərişəhərdə Qala divarları dağıdılır” başlıqlı materiallar tirajlanır. Sosial şəbəkələrdə insanlar Qala divarının dağıdılmasını və yerində hansısa iaşə obyektinin tikintisinin aparılmasını tənqid atəşinə tutub.  Bəs əslində, bütün bu iddialar həqiqəti əks etdirirmi? Hazırda İçərişəhərdə nə baş verir? “İçərişəhər” Dövlət Tar...
Cəmiyyət
Kəsilmiş toyuqlar natəmiz vannalarda saxlanılıb. Bakucity.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşları Hövsan qəsəbəsi, Bağça küçəsi ünvanında fəaliyyət göstərən quş kəsim sexinə baxış keçiriblər. Baxış zamanı vətəndaş Babayev Ceyhun Rafiq oğluna məxsus sexin qeyd olunan ünvanda gecə saatlarında fəaliyyət göstərdiyi və baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab vermədiyi müəyyən edilib. Belə ki, qa...
Mədəniyyət
Təşkilatçılar "Jara" pərəstişkarları üçün sürprizlər edəcək. Bakucity.az xəbər verir ki, "Jara" Beynəlxalq Musiqi Festivalının proqramında yeniliklər olacaq. Bu barədə təşkilatçı festivalın rəsmi “İnstagram” səhifəsində elan verib: “Böyük məmnuniyyətlə festivalın yenilənmiş proqramını təqdim edirik! Daha çox sevilən sənətçilər -bütün dövrlərin hitləri və bütün bunlar - 4 ən isti iyul günləri üçün nəzərdə tutulub. Diqqətinizə çatdırırıq ki, sənətçilərin siy...
Biznes
Sizi paytaxtda satılan ən bahalı mənzillə tanış edirik. Bakıda ən bahalı və ən gözəl mənzillərə sahib olmaq istəyənlərin sayı az deyil. Daşınmaz əmlak saytlarında hədsiz bahalı mənzil elanlarına maraq da bunu sübut edir. Bakucity.az  hazırda Bakıdakı ən bahalı və dəbdəbəli mənzili müəyyənləşdirib.  Bina.az saytındakı məlumata görə, indilərdə Bakıdakı ən bahalı ev Səbail rayonu "Port Baku Residence" kompleksində yerləşən 8 otaqlı penthausdur. Böyük terraslı...