“Bakı Fəhləsi” maşınqayırma zavodu özəlləşdirilir

“Bakı Fəhləsi” maşınqayırma zavodu özəlləşdirilir

Müsabiqə elan olunub

Bakucity.az xəbər verir ki, “Bakı Fəhləsi maşınqayırma zavodu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) özəlləşməsi üzrə investisiya müsabiqəsi elan olunub.

Bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

İddiaçılar qarşısında qoyulan şərtlərdən başlıcası müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi, iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi, yerli xammaldan istifadə olunması, işçilərin sosial təminatı kimi məsələlərin həllidir.

Müsabiqənin qalibləri nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsini imzalamalı, imzalandığı tarixdənn 60 təqvim günü müddətində əmək haqqı və ona bərabər tutulan borclar üzrə ödənişləri həyata keçirməli, 120 təqvim günü müddətində təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməlidirlər.

Həmçinin, öhdəlik götürəcəyi sayda, lakin 150-dən az olmayaraq, yeni iş yerinin yaradılmasını, 30 təqvim günü müddətində bu layihənin icrası ilə əlaqədar cəlb olunmuş məsləhətçi şirkətinə 4 min 720 manat məbləğində vəsaitin ödənilməsini və digər müqavilədə göstərilən şərtləri həyata keçirməlidirlər. 

Bakucity.az

Müsabiqə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər