İlham Əliyev bayram münasibətilə Bakıda şənlikdə iştirak edir

İlham Əliyev bayram münasibətilə Bakıda şənlikdə iştirak edir, Javid

Dövlət başçısı və xanımı Bakının Fəvvarələr meydana gəliblər.

Bakucity.az xəbər verir ki, martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak edirlər.

Dövlət başçısı və xanımı Bakının Fəvvarələr meydana gəliblər.

Bayram şənliyinin iştirakçıları dövlət başçısını və xanımını hərarətlə qarşılayıblar. 

Prezident İlham Əliyev sakinlərlə söhbət edib.

Novruz şənliyinin iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada “Novruz” yarmarkası ilə tanış olublar.

Bayram şənliyi davam edir. (Report)

Bakucity.az

Dövlət başçısı və xanımı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər