Bakıda daha bir yüksək vəzifəyə təyinat oldu

Bakıda daha bir yüksək vəzifəyə təyinat oldu, Javid

Baş Prokurorluqda kadr dəyişikliyi olub.

Bakucity.az xəbər verir ki, Respublika Baş Prokurorluğunun mətbuat xidmətində kadr dəyişikliyi olub.

Bu barədə Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. Əmrə əsasən, mətbuat xidmətinin prokuroru Kənan Zeynalov xidmətin böyük prokuroru vəzifəsinə təyin olunub.

Xatırladaq ki, K.Zeynalov buna qədər Gəncə şəhər Prokurorluğunun müstəntiqi vəzifəsində çalışıb.

Qeyd edək ki, Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri baş ədliyyə müşaviri Eldar Sultanovdur.

Bakucity.az

Baş prokuror Zakir Qaralov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər