Bakıda daha bir beynəlxalq konfrans keçiriləcək

Konfrans sahibkarlığın inkişafı məsələlərinə həsr ediləcək

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) martın 29-da Bakıda “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynalxalq konfrans keçirəcək.

Təşkilatdan  verilən məlumata görə, konfransın keçirilməsində əsas məqsəd Avrasiya regionu və OECD ölkələri arasında əlaqələrin daha da möhkəmləndirilməsi, regionun iqtisadi və sosial inkişafı ilə bağlı əməkdaşlığın genişləndirilməsi, həmçinin bu sahədə mövcud problemlərin həll yollarının müzakirə edilməsidir.

Konfransda OECD-nin Qlobal Əlaqələr Katibliyinin Avrasiya bölməsinin rəhbəri Vilyam Tomson “Azərbaycanda iqtisadi islahatlar: Sahibkarlığın inkişafı və iqtisadi diversifikasiya” mövzusunda çıxış edəcək. Belə ki, OECD Avrasiya Rəqabətlilik Proqramı çərçivəsində “Azərbaycanda kiçik və orta sahibkarlığın rəqabətqabiliyyətliliyinin artırılması sahəsində islahatların və iqtisadi diversifikasiyanın dəstəklənməsi” mövzusunda təhlil icmalı hazırlayıb. İcmal “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin icrası üçün müəyyən edilən bəndlər üzrə beynəlxalq təcrübənin öyrənilməsini və uğurlu tətbiqinə dəstək vermək, eləcə də, Azərbaycanın əldə etdiyi müsbət nəticələr haqqında OECD-nin üzv ölkələrini məlumatlandırmaq məqsədi daşıyır. İcmalın aralıq mərhələsi kimi hazırlanan “Azərbaycanda sahibkarlığın gücləndirilməsi yolu ilə diversifikasiyanın sürətləndirilməsi” və “Xarici investisiyaların yerli təchizatçılarla əlaqələndirilməsi” hesabatı Azərbaycan nümayəndə heyəti tərəfindən Fransada keçirilən “Avrasiya Həftəsi 2018” tədbirində də iştirakçı dövlətlərə təqdim edilib.

Bakucity.az

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Yeni təklif. Rəsmi Tehran Ermənistan-Azərbaycan münaqişəsini Rusiya, Türkiyə və İran arasında müzakirəsini təklif edib. BakuCity.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə açıqlama verib. Knun sözlərinə görə, “İran, Rusiya və Türkiyənin yer alacağı üçlü format ATƏT-in Minsk qrupunun səyərini tamamlayacaq: "Dağlıq Qarabağda qalıcı sülh yalnız hərtərəfli müzakirələrin yardımı ilə mümkün ola bilər”. (teleqraf)
Siyasət
Dağlıq Qarabağda atəşkəs razılaşmasının icrasına dair məsələlər müzakirə olunub. Rusiya Xarici İşlər naziri Sergey Lavrov 20-21 oktyabr tarixlərində Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüş zamanı Dağlıq Qarabağda atəşkəs razılaşmasının icrasına dair aktual məsələləri müzakirə edib. BakuCity.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirliyinin yaydığı məlumatda qeyd olunur. “Ru...
Cəmiyyət
Ermənistanın növbəti PUA-sı məhv edilib. Oktyabrın 21-də saat 12.00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus növbəti PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən Horadiz istiqamətində məhv edilib. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. BakuCity.az
Cəmiyyət
Daxili İşlər Nazirliyi müvafiq tədbirlər görür. Vətəndaşlar tərəfindən daxili işlər orqanlarına edilən bütün müraciətlər operativ şəkildə araşdırılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görülür. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, nazirlik əhaliyə xəbərdarlıq edib: "Əhalinin nəzərinə bir daha çatdırırıq ki, qanunvericiliyə uyğun olaraq təhlükəsizlik tələblərinin pozulması, insanların həyatına və sağ...
Cəmiyyət
"GeoProMining Gold" Ermənistana silah-sursat və muzdlular yollayır. 112 ton qızıl ehtiyatı olan Dağlıq Qarabağdakı qızılın 99%-nə nəzarət edən Rusiyanın "GeoProMining Gold" şirkəti bu ehtiyatları əldən verməmək üçün bölgəyə çox sayda silah və muzdlu əsgər göndərməyə başlayıb. Sfera.az xəbər verir ki, bu barədə Türkiyə medası xəbər verib. Bildirilib ki, sözügedən şirkət Qarabağda qızıl çıxaran ən böyük rus şirkətidir və bölgənin Azərbaycanın nəzarətinə keçm...
Cəmiyyət
İşğalçılıq siyasətindən imtina etməyən Ermənistan dünya ölkələrindən istədiyi dəstəyi ala bilmir. BakuCity.az-ın məlumatına görə Yenicag.az Bakı sakinləri arasında sorğu keçirib. Sorğunun iştirakçıları bütün dünyaya yalvaran Ermənistana aman verilməməsinə çağırırlar. BakuCity.az
Kriminal
Ermənilər Kaliforniyada azərbaycanlılara qarşı vandalizm aktı törədib. Erməni vandallarının azərbaycanlılara bəslədiyi nifrət sərhəd tanımır. Dünyanın dörd bir yanına səpələnmiş erməni lobbisinin üzvləri hətta okeanın o tayında, ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlılara qarşı vandalizm aktı törətməkdən çəkinmirlər. Onlar oktyabrın 20-də gecə Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin binasının üzərinə nifrət dolu ifadələr, təhqir və söy...
Cəmiyyət
Hərbi ekspert Ədalət Verdiyevin açıqlaması. "Əvvəlcə məhdud sayda kəndlər işğaldan azad olunurdu. Elə gün olunurdu ki, 3 kənd açıqlanırdı. Amma indi 4 rayon ərazisindən hərəsindən 5, 6 və 7 kənd azad olunur. Bu, o deməkdir ki, əvvəlcə dar bir istiqamətdə 3 kənd geri alınırdısa, artıq bu zərbə istiqamətində ordunun ikinci eşalonu yardığı şübhəsizdir. Həm də yarılma ərazisindən genişlənmə var". BakuCity.az xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verd...
Cəmiyyət
Bakıda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir. BakuCity.az xəbər verir ki, bu barədə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev özünün “Facebook” səhifəsində yazıb: “Bu qadın Bakı şəhəri 34 ünvanında yerləşən Anderson-“Coffee shop in Baku” obyektinin sahibəsidir. Bu günlərdə erməni fonduna 50 min ABŞ dolları keçirib. Bakıda pul qazanır və övladlarımızın öldürülməsi üçü...