Bakıda yüksək vəzifələrə kadr təyinatları oldu

Bakıda yüksək vəzifələrə kadr təyinatları oldu, Javid

Yüksək postlara yeni kadrlar yəin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSNM) daha bir dəyişiklik baş verib.

Bakucity.az mia.az-a istiandən xəbər verir ki, Nərimanov rayon məşğulluq mərkəzinin direktoru Qurban Nəzərov tutduğu vəzifədən kənarlaşdırılıb. Digər əmrlə Q.Nəzərov Bakı Şəhər Məşğulluq İdarəsinin direktor müavini təyin olunub. 

Nərimanov rayon məşğulluq mərkəzinin direktoru vəzifəsi isə müvəqqəti olaraq müavini Rövşən Məmmədova həvalə olunub.

Xəbəri Nərimanov rayon Məşğulluq Mərkəzindən təsdiqləyiblər.

Onu da nəzərə çatdıraq ki, Qurban Nəzərov sabiq Nəqliyyət naziri Ziya Məmmədovun kadrı kimi tanınır. O, uzun illər "Azərbaycan Dəmir Yolları” QSC-də yüksək vəzifələrdə çalışıb. Nərimanov rayon məşğulluq mərkəzinin direktoru vəzifəsinə təyin olunanadək "Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini olub.

Bakucity.az

kadr təyinatı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər