Prezident bayram şənliyində bakılılarla görüşdü - VİDEO

Prezident bayram şənliyində bakılılarla görüşdü - VİDEO, Javid

Dövlət başçısı və xanımı Bakının Fəvvarələr meydana gəliblər

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilir.

Bakucity.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak edirlər.

Dövlət başçısı və xanımı Bakının Fəvvarələr meydana gəliblər. Bayram şənliyinin iştirakçıları dövlət başçısını və xanımını hərarətlə qarşılayıblar.

Prezident İlham Əliyev sakinlərlə söhbət edib. Novruz şənliyinin iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada "Novruz” yarmarkası ilə tanış oldular.

Bayram şənliyi davam edir.

Bakucity.az

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər