“Burada müsbət mənada nəhəng dəyişikliklər var"
Bakucity.az xəbər verir ki, Dərbənd şəhərinin meri Hizri Əbəkərov paytaxt Bakı ilə bağlı xoş fikirlər söyləyib:
"Bakı inkişaf baxımından çox böyük irəliləyişə nail olub, bu göz qabağındadır. Hər dəfə gələndə buna təəccüblənməmək mümkün deyil".
H. Əbəkərov köhnə “Qara şəhər” ərazisində salınmış “Bakı Ağşəhər” yaşayış kompleksi ilə tanış olduğunu da deyib:
“Burada müsbət mənada nəhəng dəyişikliklər var. Biz də sizin şəhərsalmadakı təcrübənizi öyrənib Dərbənddə də tətbiq etmək üçün buraya gəlmişik”.
Bakucity.az