Bakıdan bütün reyslər İstanbulun yeni aeroportuna yönəldildi

Bakıdan bütün reyslər İstanbulun yeni aeroportuna yönəldildi

Transfer sərnişinlər miniklə bağlı heç bir narahatçılıqla üzləşməyəcəklər

Bakucity.az xəbər verir ki, “Atatürk” hava limanının bağlanması ilə əlaqədar  AZAL-ın İstanbul istiqaməti üzrə bütün reysləri 7 apreldən etibarən yeni - "Istanbul New Airport" hava limanında həyata keçiriləcək. 

Bununla bağlı “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib. 

2019-cu ilin yay uçuş cədvəli (31 martdan - 26 oktyabradək) çərçivəsində “Azərbaycan Hava Yolları” Bakı-İstanbul-Bakı marşrutu üzrə gündə 3 reys, 1 may tarixindən 6 oktyabr tarixinədək isə gündə 4 reys həyata keçirəcək. 

Yeni hava limanı İstanbulun Avropa hissəsinin Arnavutköy bölgəsində, şəhərin mərkəzindən 35 kilometr məsafədə yerləşir. Hava limanına gediş-gəliş bir neçə avtobus marşrutu ilə təmin edilir, 2020-ci ildə isə hava limanı ərazisində yeni metro stansiyasının açılması gözlənilir.

Biletləri artıq əldə etmiş transfer sərnişinlər miniklə bağlı heç bir narahatçılıqla üzləşməyəcəklər. Digər aviaşirkətlərin əvvəllər “Atatürk” hava limanına həyata keçirilən reysləri də İstanbulun yeni hava limanından yerinə yetirilməsi gözlənilir. 

Bakucity.az

hava limanı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər