Bakı metropoliten rejimi dəyişir

Bakı metropoliten rejimi dəyişir

Qatarların iş rejimində müvafiq dəyişikliklər edilməsi üçün tədbirlər görülüb

Bakucity.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC fəaliyyətini istirahət günlərinin qrafikinə uyğun quracaq. 

Artıq şəhərin müxtəlif ərazilərində keçiriləcək Novruz bayramı şənlikləri, xalq gəzintiləri və paytaxta gələcək qonaqların əsas axın istiqamətlərindən asılı olaraq, stansiyaların fəaliyyəti və qatarların iş rejimində müvafiq dəyişikliklər edilməsi üçün tədbirlər görülüb.

Sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə ehtiyat işçi qüvvəsi və texniki vasitələr, xüsusən zərurət yarandığı halda, xəttə çıxmağa hazır olan ehtiyat qatarlar nəzərdə tutulub.

Stansiyaların işçi personalının gücləndirilmiş iş rejimində fəaliyyət göstərməsi üçün əlavə növbətçilik təşkil ediləcək. Həmçinin, stansiyaların rəhbər heyətinin növbəli iş rejimi tətbiq edilməklə, hər gün üçün növbətçilik planı tərtib olunub.

Bakucity.az

Bakı metrosu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər