Bakıda “Caspian Agro” sərgisi keçiriləcək

Sərgidə dünyanın 25 ölkəsini təmsil edən 200-dən artıq şirkət iştirak edəcək

15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində regionun ən genişmiqyaslı və ən çox ziyarət edilən sərgilərindən biri - 13-cü Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı “Caspian Agro” sərgisi keçiriləcək. Kənd təsərrüfatı üzrə aparıcı tədbir olan “Caspian Agro” sərgisi regionda kənd təsərrüfatı sahəsinin inkişafına, Azərbaycan Respublikasının aqrar-sənaye kompleksində mütərəqqi texnologiyaların tətbiqinə, eləcə də təcrübə mübadiləsinə, yerli və xarici təsərrüfatçılar arasında qarşılıqlı faydalı işgüzar əlaqələrin gücləndirilməsinə kömək edir. Aralarında idxalçılar, ixracatçılar, distribyutorlar, topdan və pərakəndə satış müəssisələrinin nümayəndələri, habelə fermerlərin də yer aldığı sərgi iştirakçıları eksponent və ziyarətçilərlə görüşmək və öz məhsullarını əyani şəkildə nümayiş etdirmək üçün ideal fürsət əldə edəcəklər.

 “Caspian Agro 2019” sərgisinin ekspozisiyası Bakı Ekspo Mərkəzinin üç mərkəzi pavilyonunda, eləcə də mərkəzin açıq platformasında yerləşəcək. Bu il sərgidə dünyanın 25 ölkəsini təmsil edən 200-dən artıq şirkət iştirak edəcək. Azərbaycan, Belarus, Belçika, Almaniya, İtaliya, Mərakeş, Rusiya, İspaniya, Şri-Lanka, Türkiyə, Ukrayna, ABŞ, İsrail və digər ölkələri təmsil edən nümayəndələr suvarma sistemləri, istixana avadanlıqları, istixanalar, heyvandarlıq sahəsi üçün avadanlıqlar, heyvanlar üçün yemlər, toxumlar, kənd təsərrüfatı texnikası, baytarlıq preparatları, laboratoriya avadanlıqları və digər sektorlar üzrə bir çox yeni məhsullar təqdim edəcəklər. Gürcüstan və Niderland Krallığı sərgidə milli stendlərlə çıxış edir. Həmçinin bu il Mərakeş sərgidə ilk dəfə çıxış edəcək.

Bakucity.az

“Caspian Agro”
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
5 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Fərqlənən vətəndaşlar mükafatlandırılacaq Azərbaycanda axtarışda olan şəxslərin tapılmasında polisə kömək edən vətəndaşlara mükafatlar nəzərdə tutulub.  BakuCity.az-ın məlumatına görə, Baku.ws-in sorğusuna cavab verən Daxili İşlər Nazirliyi açıqlayıb ki, vətəndaşlar aidiyyatı üzrə polis orqanları rəislərinin təqdimatına uyğun olaraq DİN rəhbərliyi tərəfindən mükafatlandırıla və ya rəğbətləndirilə bilərlər. "Cinayətkarlıqla mübarizədə əldə olunmuş uğurlarda...
Cəmiyyət
Bakıda maraqlı hədiyyə çeşidləri, dadlı hədiyyələrin orijinal konsepsiyası BakuCity.az oxucularını yalnız hədiyyə deyil, orijinal yanaşma ilə əsl sürprizlər əldə edə biləcəyiniz şirkətlərlə tanış etməyə davam edir. Bu şirkətlərdən biri də paytaxtda lüks buket və ya qeyri-adi qutu şəklində ləzzətli hədiyyə sifariş verə biləcəyiniz məşhur “Tasty Ella”dır. Burada sehirli və yaradıcı ab-hava hökm sürür, insan rahatlıq tapır. Şirkətin sahibi Ella Bağırova saytı...
Cəmiyyət
Bu məhsulların istifadəsinə 4 yaşdan yuxarı uşaqlar üçün icazə verilir Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, AQTA-ya “İnvest-Plus” MMC şirkəti tərəfindən “Alisa İlaç Qida Kozmetik San. Ltd. Şti” şirkətinin istehsal etdiyi “Foden” əmtəə nişanlı bioloji fəallığa malik qida əlavəsi...
Hadisələr
Vəziyyəti ağırdır Bakıda əri tərəfindən döyülən qadın özünü 4-cü mərtəbədən atıb BakuCity.az APA-ya istinadən xəbər verir ki, Ülviyyə Tağıyeva əri ilə yaşadıqları evdə mübahisə edib. Nəticədə qadın əri tərəfindən döyülüb. Buna görə də gənc qadın özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb. Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.  Xətai Rayon Prokurorluğunun əməkdaşları Ü.Tağıyevanın ərini saxlayıb. Araşdırma aparılır. 09:26...
Siyasət
"Əminəm ki, bu dəfə uğur Türkiyənin olacaq" Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə millisinin 2020-ci il futbol üzrə Avropa çempionatı çərçivəsində oyunlarını Bakıda izləyəcək. BakuCity.az-ın məlumatına görə, R.T.Ərdoğan Avro-2020-nin final mərhələsinin A qrupunun Bakıda keçiriləcək oyunlarını Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə izləyəcəyini bildirib. Türkiyə Prezidenti bununla bağlı Azərbaycanın dövlət başçısı ilə söhbət etdiyini və İlh...
Hadisələr
Hər iki sürücünün izahatı alınıb Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az APA-ya istinadən xəbər verir ki, “Azneft” dairəsində yol hərəkəti qaydalarını pozan “VAZ 2107” markalı avtomobil “Opel" markalı avtomobilə çırpılıb. “Opel"in sürücüsü Vahid Ələkbərov deyib ki, o, idarə etdiyi avtomobillə hərəkətdə olan zaman iki “VAZ 2107” markalı avtomobil avtoxuliqanlıq edərək onun qarşısını kəsib. Sürücü V.Ələkbərov bununla bağlı Daxi...
Ekologiya
Temperatur 13 dərəcəyə yüksələcək Bazar günü Bakıda müşahidə olunacaq hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, dekabrın 15-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-8°, gündüz 11-13° isti...
Cəmiyyət
General tapşırıqlar verdi Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində (DYMX) Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə dekabrın 10-da Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsinin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. FHN-dən BakuCity.az-a verilən məlumata görə, müşavirədə çıxış edən DYM...
Cəmiyyət
O, Rusiyada yaşayır və Bakıya bir günlük gəlib Bakının Sabunçu rayonu ərazisində baş vermiş ikili qətlin qurbanların yaxın qohumunun törətməsindən şübhələnilir. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Sabunçu rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib. Qeyd edək ki, dekabrın 13-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadənin yaşadıqları mə...