Bakıda baş verən yanğında 10 nəfər xəsarət alıb

Bakıda baş verən yanğında 10 nəfər xəsarət alıb, Javid

Yanğında 10 nəfər tüstüdən zəhərlənib

Bakucity.az Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğında 10 nəfər tüstüdən zəhərlənib. 

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, bu barədə 6 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimi məlumat verib. 

Qeyd olunub ki, həmin şəxslər müayinə olunduqdan sonra buraxılıblar.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov "Report"a bildirib ki, hadisə ilə əlaqədar şöbəyə gətirilən olmayıb. 

Bakucity.az 

Yanğın FHN
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər