Bakıda yanğından zərər görən sahibkarlarla bağlı açıqlama verildi

Bakıda yanğından zərər görən sahibkarlarla bağlı açıqlama verildi, Javid

“Diqlas” ticarət mərkəzi fərdi sahibkarlara icarəyə verilib

Xəbər verildiyi kimi paytaxtın Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində yanğın baş verib. Qeyd edək ki ticarət mərkəzi fərdi sahibkarlara icarəyə verilib.

Məsələ ilə bağlı sığorta üzrə ekspert İlkin İbrahimov bildirib ki, “Daşınmaz əmlakın icbari sığorta”sı növü üzrə sığorta məcburi sığortalanır və sığortanın olmasına nəzarəti Fövqəladə Hallar Nazirliyi nəzarət edir: “Bu sığortanın mahiyyəti o deməkdir ki, əgər müqavilədə nəzərdə tutulan hallar-yanğın, subasma, sel, zəlzələ, yer sürüşməsi və.s. baş verərsə tikiliyə dəyən ziyan sığorta şirkəti tərəfindən qarşılanmalıdır.

Digər tərəfdən mağazaların içərisindəki mallar isə “daşınar əmlakın könüllü “sığortası növü üzrə sığortalanır. Bu növ sığorta könüllü xarakter daşıyır və hər bir sahibkar öz mağazasının içərisindəki əmlakı fərdi qaydada könüllü şəkildə sığortalayır”.

Ekspertin sahibkarlara ilk məsləhəti ondan ibarətdir ki, əgər evdə mağazaları ilə bağlı sənədləri varsa həmin sənədlərə baxsınlar ki, sığortaları hansı şirkətdədir: “Əgər sənədlər binanın içərisindəki mağazada yanmışsa o zaman həmin yerdə olan sığorta əməkdaşlarından xahiş etsinlər ki, onların da mağazasını qeydə alsınlar”. (bizimyol.info)

Bakucity.az 

“Diqlas” ticarət mərkəzi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər