Bakıda Ciu-Citsu və Kombat Ciu-Citsu turniri keçirildi - FOTO

Yarışda iyirmiyə yaxın klub iştirak edib

Bakucity.az xəbər verir ki, martın 25-də Hövsan Olimpiya İdman Kompleksində Braziliya Ciu-Citsu döyüş sənətinin No-Gi versiyası və Kombat Ciu-Citsu döyüş sənəti üzrə Açıq Turnir keçirilib. 

Yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Avrasiya Kombat Ciu-Citsu Federasiyası və Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Yarışın açılış mərasimində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Firudin Paşayev çıxış edib. Ölkədə gedən inkişafdan danışan F. Paşayev dövlət başçısı cənab İlham Əliyevin idmana xüsusi diqqət və qayğısına toxunub. 

Daha sonra çıxış edən Avrasiya Kombat  Ciu-Citsu Federasiyası və Azərbaycan Braziliya  Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov qonaqları salamlayaraq idmançılara müvəffəqiyyət arzulayıb. O həmçinin ölkəmizdə bu idman növlərinə artan maraqdan və bu idman növlərinin populyarlaşmasından söz açaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə də yarışa göstərdiyi dəstəyinə görə xüsusi təşəkkürünü bildirib.

Ondan sonra çıxış edən Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təsisçisi və idarə heyətinin sədri, qara kəmər sahibi Taleh Həsənov da yarış iştirakçılarını və qonaqları salamlayıb və onlara müvəffəqiyyət arzulayıb.

Bundan sonra tədbirdə çıxış edən Avrasiya Kombat  Ciu-Citsu Federasiyasının və Azərbaycan Braziliya  Ciu-Citsu Klubu İctimai Birliyinin vitse-prezidenti Murad Cəfərov da idmançılara müvəffəqiyyət arzulayaraq bu iki qurumun təşkilatçılığı ilə keçirilən yarışın bu idman növlərinin gələcəyinə müsbət təsir göstərəcəyini deyib.

Avrasiya Kombat  Ciu-Citsu Federasiyasının birinci vitse-prezidenti, Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin baş məşqçi-təlimatçısı, respublikanın əməkdar məşqçisi, Kombat     Ciu-Citsu döyüş sənəti üzrə beşinci dan qara kəmər sahibi Rəsul Məmmədov ölkəmizdə idmanın inkişafından, bu idman növlərinin sağlam həyat tərzi üçün önəmli olmasından və vətənpərvərlik ruhunda tərbiyə üçün xüsusi əhəmiyyətə malik olmasından danışıb.

Keçirilən yarışda Braziliya Ciu-Citsu və Kombat Ciu-Citsu üzrə iyirmiyə yaxın klub və nümayəndəlik iştirak edib. Bundan başqa yarışda qonaq qismində Rusiyadan bir və Gürcüstandan iki komanda da iştirak edib.

200-dən çox idmançının mübarizə apardığı yarışda müxtəlif çəki dərəcəsi, yaş və kəmər kateqoriyasında uşaqlar, yeniyetmələr, gənclər və veteranlar öz güclərini sınayıblar.

Yarışın sonunda turnirin qalibləri diplom və medallarla mükafatlandırılıb.

Bakucity.az

Yarış
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Şənbə və bazar günləri icazəsi olanlar işə velosipedlə gedə bilərlər. “Fəaliyyətinə icazə verilmiş qurumda, təşkilatda xidmət edən və onun işə gedib-gəlməsi üçün icazə portalına məlumatı yerləşdirilmiş şəxslərin özləri də fərdi nəqliyyat vasitələrindən istifadə edə bilməzlər”. BakuCity.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Xəzər aktual”da danışıb. K.Əliyev, bu qərarın səb...
Hadisələr
Bakıda küçəyə çıxmaq qadağasının ilk günündə polis qadının həyatını xilas edib. Səhər saatlarında Binəqədi rayonunda xroniki xəstəliyi olan şəxs polisin köməyi ilə xəstəxanaya çatdırılaraq, həyatı xilas edilib.  BakuCity.az xəbər verir ki, bu gün səhər saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsində həyat yoldaşının vəziyyətinin qəfil pisləşdiyini görən kişi ərazidə xidmət aparan Binəqədi polisinə müraciət edərək, kömək istəyib.  Çağırışa dərh...
Ekologiya
7 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 18-21, gündüz  25-29, Bakıda  gecə 19-21, gündüz  27-29 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi 764 mm c...
Ekologiya
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə BakuCity.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib.  Dezinfeksiya işləri səhər saatlarından başlayacaq.  BakuCity.az
Kriminal
Bakıda bıçaqlanma hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb. Naməlum şəxs 1983-cü il təvəllüdlü Mustafayev Fərid Fərhad oğlunu bıçaqlayıb. Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.  Ona döş qəfəsinin və boynun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
İdman
"Həftəsonu qadağaların olması çempionata təsir edəcək" "Məşqlərin bərpa olunması bizi sevindirir. Hamı ilk futbola başladığı gün kimi sevinclə çalışır. Komanda üzvləri çox həvəslidir".  BakuCity.az xəbər verir ki, bunları "Report"a açıqlamasında "Zirə"nin futbolçusu Ağabala Ramazanov deyib.  27 yaşlı hücumçu məşqlərdə tələb olunan bütün qaydalara əməl ediklərini bildirib. A.Ramazanov Bakıda həftəsonu tətbiq olunan qadağaya da münasibət bildirib: "Bu, bizim...
Cəmiyyət
Şənbə və bazar günləri evdən çıxmaq istəyənlər 102 xidmətinə zəng edə bilərlər.  Nazirlər Kabineti yanında Operativ Qərargah 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsini qadağan edib. BakuCity.az xəbər verir ki, bu tarixlərdə sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyə...
Biznes
Bakı ilə Kiyev arasında birbaşa uçuş həyata keçiriləcək. Ukraynanın “SkyUp Airlines” aviaşirkəti iyunun 13-də Bakı ilə Kiyev arasında birbaşa aviareys həyata keçirəcək. BakuCity.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi nyayıb. Məlumata görə, uçuş Bakı vaxtı ilə 21:20-də baş tutacaq. Bildirilib ki, uçuş əsasən Azərbaycanda qalmış Ukrayna vətəndaşlarına istiqamətlənib.  Qeyd edək ki, Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı...
Hadisələr
Bakıda yük avtomobili yanıb. Hadisə dünən axşam saatlarında, paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. BakuCity.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, "МАZ" markalı yük avtomobilinin kabinə hissəsi və mühərriki yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. BakuCity.az