Eldar Əzizov Bakı meriyasında məmurları sərt cəzalandırdı

Bakı Şəhər İcra Hakimiyyətində xüsusi müşavirə keçirilib

Bakucity.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın və rayonların təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə şəhərin və onun rayonlarının sanitar təmizlik vəziyyətinə həsr olunmuş xüsusi müşavirə keçirilib.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimovun verdiyi məlumata görə, müşavirədə bü günlərdə şəhərin müxtəlif rayon və qəsəbələrinin sanitar təmizlik vəziyyətinin yoxlanılması ilə əlaqədar BŞİH tərəfindən xüsusi komissiyanın yaradıldığı qeyd olunub. 

Komissiyanın keçirdiyi reydlər nəticəsində ümumi vəziyyətin qənaətbəxş diqqətə çatdırılıb, lakin bəzi ərazilərdə, xüsusilə də bir sıra qəsəbələrdə narahatlıq doğuran problemlərin, o cümlədən kortəbii zibilliklərin mövcudluğu bildirilib. Müşavirə zamanı mövcud nöqsanları əks etdirən fotomateriallar nümayiş etdirilib, çatışmazlıqlar müzakirə olunaraq onların aradan qaldırılması üçün əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və məsələ ciddi nəzarətə götürülüb

Cavabdeh ərazilərin sanitar-təmizliyinin qənaətbəxş olmadığı üçün Yasamal Rayon MKTB-nın rəisi Rüfət Əhmədova ciddi xəbərdarlıq edilib, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Zığ qəsəbəsi üzrə nümayəndəsi Səfa İmanova töhmət verilib, onun vəzifədə qalıb-qalmaması məsələsinə baxılması Suraxanı Rayon İcra Hakimiyyətinə tövsiyə olunub. Eyni zamanda Bakı Şəhər və Qaradağ Rayon İcra Hakimiyyətlərinin birgə yoxlamalarının nəticəsi olaraq işdə yol verdiyi nöqsanlara görə Qaradağ MKTB-nin rəisi Rasim Əhmədov tutduğu vəzifədən azad edilib. Müşavirədə bir sıra digər vəzifəli şəxslərə xəbərdarlıq edilərək, nöqsanların tam aradan qaldırılması üçün 1 ay vaxt verilib.

Müşavirədə həmçinin qeyd olunub ki, Şəhər İcra Hakimiyyətinin sifarışınə əsasən Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti tərəfindən Bakı şəhərində məişət tullantılarının daşınması və idarə olunması konsepsiyası hazırlanır. Bu sahədə böyük təcrübəsi olan Böyük Britaniya şirkətinin rəhbərliyinin bildirdiyinə görə Bakı mürəkkəb landşafta, küləkli hava şəraitinə və böyük əraziyə malik olmasına baxmayaraq şəhərin sanitar təmizliyi əsasən qənaətbəxş səviyyədədir. Lakin vəziyyət Bakı Şəhər İcra Hakimiyyətini tam qane etmədiyindən bu sahəyə diqqət və nəzarətin daha da artırılacağı bildirilib.

Qeyd olunub ki, Bakı şəhərində məişət tullantıları üçün yeni konteynerlərin qoyulması davam edir, paytaxtda tullantıların daşınması və idarə olunması ilə bağlı islahatların həyata keçirilməsinin ilkin mərhələsi avqust-sentyabr aylarında başa çatacaq.

Müşavirədə Bakı şəhərində təmizlik aylığının keçirilməsi elan olunub.

Bakucity.az

Bakı Şəhər İcra Hakimiyyəti
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Biznes
İş yerlərinin qorunması, məşğulluğa və sosial rifaha dəstək məqsədilə hansı addımlar atılacaq? Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı koronavirus pandemiyasının milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün genişmiqyaslı, təsirli və məqsədəuyğun tədbirlə...
Cəmiyyət
Bakı Ali Neft Məktəbinin tələbələri “Khan Academy Azərbaycanca” tərəfindən Azərbaycanda ilk dəfə olaraq onlayn keçirilən “Quarantine" adlı tərcümə “Hackathon”unda qalib olub. BANM-dən BakuCity.az-a verilən məlumata görə, Ali Məktəbin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasının IV kurs tələbələri Səkinə Nağızadə, Abdulla Əsgərzadə və Aysu Həmidlinin iştirak etdiyi “My bed panic” komandası yarışmada II yerə layiq görülüblər. “Hackathon” çərçivəs...
Cəmiyyət
Bankomatların sosial ödənişlərə görə əlavə faiz tutması dayandırılıb Azərbaycanda xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişləri istənilən bankın, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin istənilən bankomat və yaxud posterminallarından əldə edən zaman hər hansı əlavə faiz tutulmayacaq. BakuCity.az xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Mü...
Cəmiyyət
Yaşlı insanlar evdən çıxmadan pensiyalarını ala biləcəklər Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri ayın 20-si və 21-i tarixlərində, ünvanlı dövlət sosial yardım ödənişi isə ayın 28-i tarixində təmin ediləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, pandemiya ilə əlaqədar yaşı 65 daha yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Bu səbəbdən həmin yaş qruplarında olan ş...
Cəmiyyət
Paytaxtda daha bir küçədə yenidənqurma işləri aparılır Xətai rayonu Məzahir Rüstəmov küçəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən layihələndirilib və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən yenidənqurma işləri yekunlaşmaq üzrədir. BakuCity.az xəbər verir ki, agentlikdən Trend-ə verilən məlumata görə, küçənin layihələndirilməsi zamanı BNA tərəfindən hər zamankı kimi yol hərəkəti təhlükəsizliyi prioritet olaraq götürülüb, müasir...
Kriminal
Bakıda saxta icazə arayışı hazırlayan şirkət rəhbəri saxlanılıb Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejimi elan edilməsinə baxmayaraq, qəbul edilmiş qaydalara əməl etməyən şəxslərə hələ də rast gəlinməkdədir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbir nəticəsində yaşayış yerini...
Cəmiyyət
Respirator istifadə etməzdən əvvəl kişilər üzlərini qırxmalıdır Hansı tibbi maskaların koronavirusla mübarizədə yararlı olduğu müəyyənləşib. BakuCity.az “Report”a istinadən xəbər verir ki, məlumatlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ABŞ Qida və Dərman Administrasiyası (FDA) və digər qurum və təşkilatların tövsiyələri əsasında verilir. Pandemiya dövründə maskaların faydasına dair bir sıra mübahisəli məqamlar olsa da, onların satışı aktiv şəkildə davam edi...
Hakimiyyət
Dövlət başçısı xalqa müraciət edib Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Bu barədə BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir. Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib. BakuCity.az
Ekologiya
Hava soyuyur Sabah Bakıda arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq. BakuCity.az