Bakı Ali Neft Məktəbi beynəlxalq foruma ev sahibliyi edəcək

SOCAR-ın Beynəlxalq Forumu 22-25 aprel 2019-cu il tarixlərində təşkil ediləcək.

Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə 4-cü SOCAR Beynəlxalq “DOWNSTREAM Xəzər və Mərkəzi Asiya: Neft Emalı, Neft-kimya, Ticarət, Logistika” Forumu keçiriləcək.

BANM-dan Bakucity.az-a verilən məlumata görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan SOCAR-ın Beynəlxalq Forumu 22-25 aprel 2019-cu il tarixlərində təşkil ediləcək.

Regionunun neft təqvimində ən mühüm hadisələrdən olan SOCAR Beynəlxalq Forumunun məqsədi Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının ticarəti və satışı məsələləri üzrə ən son tendensiyalar və inkişaf perspektivlərinin təhlil edilməsidir. Forum həmçinin neft-qaz sənayesinin inkişafının əsas istiqamətləri haqqında strateji qərarlar vermək və gündəlik əməliyyatlar aparmaq üçün praktiki informasiyaların əldə edilməsinə imkan yaradan unikal platformadır.

Tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, SOCAR-ın rəhbər heyəti və struktur bölümlərinin rəhbərləri və bir çox ölkələrin sahə nazirliklərinin və transmilli neft-qaz şirkətlərinin rəhbər nümayəndələrinin iştirakı gözlənilir.

SOCAR-ın IV Forumunun təşkilatçıları tərəfindən iştirakçılar üçün unikal və zəngin texniki səfər proqramı da hazırlanıb. Belə ki, iştirakçılar ilk dəfə olaraq, 2018-ci ildə istismara verilən SOCAR-ın Karbamid Zavoduna, Sumqayıtda yerləşən SOCAR Polimer-ə, həmçinin Səngəçal terminalına səfər edəcəklər.

Qeyd edək ki, hər il Forumda böyük neft-qaz şirkətləri, neft emalı zavodları, ticarət şirkətləri, limanlar, terminallar, banklar və analitik agentliklərdən 300-dən çox rəhbər işçi və aparıcı mütəxəssislər iştirak edir. Yalnız ötən il Forumda iştirak üçün dünyanın 30-yaxın ölkəsinin neft-qaz sektorunun aparıcı müəssisələrinin rəhbər nümayəndələrindən ibarət 230-a yaxın iştirakçı qatılmışdı.

Xatırladaq ki, Forumda iştirak üçün qeydiyyat http://socarforum.com saytında həyata keçirilir.

Bakucity.az

Bakı Ali Neft Məktəbi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Biznes
"Sport-pub"larda sərin pivə ilə matç izləməkdən həzz alın Azarkeşlik etdiyi komandaların oyunlarını “sport-pub”larda sərin pivə içə-içə izləmək istəyənlərin sayı az deyil. Bakucity.az bu materialda oxucuları paytaxtda pivə içə-içə matç izləyə biləcəkləri üç “sport-pub” ilə tanış edəcək  “Beer Station Pub” Paytaxtda populyar “sport-pub”lardan hesab olunan  “Beear Station Pub”ın müdiri Pərvin Təhməzovun sözlərinə görə, bura Nizami küçəsində 24 adda dadlı məz...
Hadisələr
Paytaxtda dəhşətli qəzanın qarşısı son anda alınıb Bakucity.az xəbər verir ki, "10 TH 407" dövlət nömrə nişanlı marşurut avtobusu piyada keçidinin üstündə saxlayıb. Bu zaman hərəkətdə olan "Kamaz" markalı yük maşını onu ötmək istəyib. Piyada keçidindən bir neçə metr irəlidə, avtobusun qabağından uşaq yola qaçıb. Qadın isə onun ardınca gedib. O, son anda yük maşının altına düşməkdən xilas olub. "Kamaz"ın sürücüsü manevr edib, eyni zamanda qadın uşağın əlind...
Cəmiyyət
"Mixail Zatulivetrovdan Bakı sahillərinin cazibədar anı”  Bakucity.az xəbər verir ki,  "Apple” şirkətinin direktoru Tim Kukun paytaxtımızla bağlı paylaşım edib. O, "Twitter” hesabında Bakı bulvarı haqda tvit atıb. Qeyd edək ki, Tim Kukun rəsmi "Twitter” səhifəsini 11 milyondan çox insan izləyir. Bakucity.az
Mədəniyyət
"Jara 2020"-yə hazırlıq prosesinə başlanıb Bakucity.az xəbər verir ki, xalq artisti Emin Ağlarov 2020-ci ildə keçirəcəyi "Jara" beynəlxalq musiqi festivalı haqda açıqlama verib. Müğənni "İnstagram" hesabında bildirib ki, növbəti dəfə beynləxlaq musiq festivalının gününü uzatmağı düşünür.  "Fikirləşirəm, bəlkə "Jara"nı gələn il beşgünlük edək? Sizcə, "Jara" 5 il olacaq?". O, izləyicilərinə festivalda hansı ulduzu görmək istədikləri ilə bağlı suallar ünvanla...
Hadisələr
Fakt üzrə toplanan materiallar prokurorluğa təqdim olunub Bakucity.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, paytaxtın Nəsimi rayonu Cavadxan küçəsində yerləşən yaşayış binasında mənzillərdən birinin pəncərəsində ayaqlarından zəncirlənmiş azyaşlının fotosu avqustun 20-da Bakı şəhər Baş Polis İdarəsinə daxil olub. Azyaşlıya qarşı qeyri-insani rəftarla bağlı dərhal baş idarənin rəhbər...
Hadisələr
Paytaxtda daha bir yol qəzası baş verib Bakucity.az xəbər verir ki, Ziya Bünyadov prospekti (Çermet körpüsünə çatmamış - “20 Yanvar” dairəsi istiqamətində) iki avtomobil toqquşub. Qəza nəticəsində ərazidə sıxlıq yaranıb.  Bakucity.az
Paytaxtda 15 yaşlı qız itkin düşüb
Paytaxtda 15 yaşlı qız itkin düşüb Bakucity.az  xəbər verir ki, ötən gün Sabunçu rayon sakini, 2004-cü il təvəllüdlü Əliyeva Elnarə Vahid qızı ötən gecə saat 24 radələrində evdən çıxaraq bir daha geri dönməyib. İtkin düşən qızın atası bildirib ki, qohumlarının dediyinə əsasən, Elnarəni ötən gecə naməlum qara maşın evin yaxınlığından götürərək aparıb: "Qızım son 10 gün idi ki, tam başqa həyat tərzi sürürdü. O saatlarla hansısa bir şəxslə telefonla danışırdı...
Hadisələr
Avtoxuliqanlıq edən sürücü ilə polis arasında qarşıdurma yaşanıb Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 99 PV 229 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən "saxla" əmri verilib. Lakin sürücü buna tabe olmayaraq avtoxuliqanlıq əməlini davam etdirib. Yol polisi tərəfindən süni tıxac yara...
Cəmiyyət
Binalarda istismar müddəti ötmüş bütün liftlər dəyişdiriləcək Bakucity.az xəbər verir ki, Bir neçə gün əvvəl Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyinin Wittur Holding GMBH şirkəti ilə razılaşdırdığı qrafikə uyğun yeni liftlərin növbəti hissəsi Bakıya gətirilərək alinan liftlərin sayı 145-ə çatdırılıb. Xaricdən göndərilmış liftlər və digər avadanlıq Bakıda tələb olunan kömrük prosedurlarını keçərək “Lifttəmir” İstehsalat Birliyinin əməkdaşlarına təhvil ve...