Misir Mərdanov Bakıda qəzaya düşüb

Misir Mərdanov Bakıda qəzaya düşüb, Javid

Keçmiş nazir bədən xəsarətləri alıb

Keçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov avtomobil qəzasına düşüb. Bu barədə ONA-ya Misir Mərdanovun özü məlumat verib.

O bildirib ki, bir neçə gün əvvəl avtomobil qəzasına düşüb: “Qəza nəticəsində bir az bədən xəsarətləri almışam. Hazırda isə müalicə olunuram”.

M. Mərdanov qəzanın təfərrüatları barədə əlavə məlumat vermək istəməyib. (ONA)

Bakucity.az

Misir Mərdanov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər