Bakıda ticarət obyektləri niyə sığortalanmır? – AÇIQLAMA

Sahibkarlara kompensasiya verilməlidirmi?

Dünən Bakının Nizami rayonundakı “Diqlas” ticarət mərkəzində baş verən yanğın hadisəsi daşınmaz əmlak sığortasının aktuallığını bir daha gündəmə gətirdi. Ticarət obyekti hansı məbləğdə və necə sığortalanmalıdır? Baş verən yanğında sahibkarlara kompensasiya ödənməlidirmi? Azərbaycanda ticarət obyektlərində sığorta ənənəsinin formalaşmamasına səbəb nədir? Bakucity.az sığorta üzrə peşəkar ekspert Aqşin Əlizadədən bu məsələlər barədə açıqlama alıb. Materialı oxuculara təqdim edirik. 

Sığorta şirkətləri səthi fəaliyyət göstərirlər

Saytımıza açıqlama verən ekspert Aqşin Əlizadə qeyd edib ki, obyektin sığorta pulu onun dəyərinə uyğun müəyyən olunur və daşınmaz əmlakın icbari sığortası icbari sığorta haqqında qanuna uyğun olaraq həyata keçirilir.

Baş verən yanğın hadisələrində sahibkarlara dəyən ziyanı kim ödəməlidir? Ümumiyyətlə, kompensasiya hansı şərtlərə əsasən ödənməlidir? – kimi suallara gəlincə, ekspert bu məqamda özəl sığorta münasibətlərini önə çəkib:

“Məlum məsələdir ki, sığorta münasibətləri tərtib olunan müqaviləyə əsasən təyin olunur. Əgər müqavilə varsa, təminat var, əgər müqavilə yoxdursa, ortada təminat da yoxdur. Xüsusilə də indiki halda. Çünki hal-hazırda sığorta münasibətləri özəl şəkildə həyata keçirilir. Yəni, kompensasiya yalnız hansısa bir şirkət tərəfindən müqavilə mövcud olduğu halda həyata keçirilə bilər”. 

Aqşin Əlizadə Azərbaycanda sığorta ənənəsinin formalaşmamasının bir çox səbəblərinin olduğunu qeyd edib, amma sığorta şirkətlərinin düzgün rejimdə çalışmamasının əsas səbəb olduğunu vurğulayıb:

“Sığorta alınan yox, satılan məhsuldur və sığorta agentləri əlavə motivasiya tədbirləri həyata keçirməlidirlər. Sığorta vasitəçiləri insanları birbaşa məlumatlandırsalar, mövcud problemlər, risklər barədə onları vaxtında xəbərdar etsələr, problemlərin qarşısını almaq olar. Yəni ən azından insanlar qarşılarına aldıqları riski görər, anlayar və gedib özləri sığortalanarlar. Təəssüf ki, hal-hazırda sığorta vasitəçiləri qeyd etdiyim məqamlara diqqət etmirlər və gördükləri səthi iş onlar üçün kifayət edir". 

Yalnız baş verən bədbəxt hadisələrdən sonra, - ekspert davam edir; məlum olur ki, sahibkarlar məhsullarını sığorta etdirməyib: 

"“Diqlas” ticarət mərkəzində baş verən yanğın sığorta sahəsində dəyişikliklərə yalnız o halda səbəb ola bilər ki, müvafiq şəxslər məcburi sığortaya cəlb edilsinlər. Yəni, onlar öz əmlaklarını məcburi şəkildə sığorta elətdirsinlər. Çünki əksəriyyət könüllü sığortanı elətdirmir və yaxud da cuzi miqdarda elətdirirlər. Bu dünənki yanğın hadisəsində də açıq-aşkar görsəndi. Hesab edirəm ki, bununla bağlı qanunvericiliyə düzəliş olunması yaxşı olardı. Obyekt sahibləri öz əmlaklarını tam və bazar qiymətlərinə uyğun sığorta elətdirməlidirlər. Qanuna bunu əlavə eləmək lazımıdr. İkincisi isə, əmlakların sığorta olunub-olunmamasına daha ciddi nəzarət olunmalıdır. Bunu da Fövqəladə Hallar Nazirliyi - Yanğına Nəzarət İdarəsi həyata keçirməlidir. Həmçinin obyektin içərisində olan əmlakların da sığortalanmasını vacib amil kimi qanunvericilikdə qeyd eləmək olar. Yəni bu obyektin içərisindəki obyektlər də məcburi şəkildə sığorta etdirilməlidir. Bu məqamlar qanunvericiliyə əlavə olunsa, bəlkə də müsbət dəyişikliklərə nail olmaq olar”.  

Ekspert sonda bir daha vurğulayıb ki, “Diqlas” ticarət mərkəzində baş verən yanğın hadisəsində zərərçəkənlərdən kimlərinsə obyekti sığortalanıbsa, kompensasiya ödənişləri yalnız onlara şamil edilə bilər, əks halda hər hansısa bir kompensasiyanın ödənilməsindən söhbət gedə bilməz. 

Ramilə Qardaşxanqızı

Bakucity.az

“Diqlas” ticarət mərkəzi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
179 baxış sentyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Gömrük işçiləri xüsusi əməliyyat keçiriblər Binəqədi rayonunda külli miqdarda dərmanın anti-sanitariya şəraitində saxlanıldığı qanunsuz anbarlar aşkarlanıb. Dövlət Gömrük Komitəsindən (DGK) Bakucity.az-a verilən məlumata görə, bir neçə gün bundan öncə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş məlumat əsasında gömrükçülər Gürcüstandan külli miqdarda, 2 milyon manat dəyərində dərman preparatlarının yük-nəqliyyat vasitəsində sənəd...
Cəmiyyət
Mehdi Səlimov təqaüdə göndərilib Bir neçə gün əvvəl Bakıda sürücü Fəxrəddin Nəsirov tərəfindən ağır küçə söyüşləri ilə təhqir olunan Nərimanov rayon Yol Polisi Şöbəsinin tağım komandiri Mehdi Səlimov tutduğu vəzifədən azad olunub.  Bakucity.az-ın xəbərinə görə, bu barədə Demokrat.az-ın saytı məlumat yayıb. Qeyd edilir ki, Mehdi Səlimov təqaüdə göndərilib.  Xatırladaq ki, Mehdi Səlimovu təhqir etdiyinə görə sürücü Fəxrəddin Nəsirov barəsində Nərimanov rayon...
Cəmiyyət
Qayda pozan piyadalara qarşı reyd keçirilib Bakıda qayda pozan piyadalara qarşı yol polisi profilaktik tədbir keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakucity.az-a məlumat verilib. Məlumata əsasən, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində piyadalarla təbliğat işlərinin genişləndirilməsi məqsədi ilə profilaktik tədbirlər həyata keçirib. Tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan piyadalarla maarifl...
Cəmiyyət
Əməliyyat neçəyə başa gəlir? Rinoplastika Azərbaycanda ən çox müraciət edilən əməliyyat növüdür. Son zamanlar rinoplastikadan ölənlər barədə xəbərlər də tez-tez yayılır. Burunun estetik əməliyyatı daha çox hansı hallarda ölümlə nəticələnir? Pasiyent hansı müayinələrdən sonra əməliyyat olunur?  Bakucity.az-ın bu və digər suallarını “Baku Medical Plaza”nın plastik, estetik və rekonstruktiv cərrahı Rauf Kərimov cavablandırıb.  “30 min insandan birinin ölməsi...
Cəmiyyət
“DYP həmin yerdə “mini London” yaradıb” Bakıda sürücülər Ziya Bünyadov prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsində yerləşən körpünün yanında asfalt yola boya ilə çəkilmiş dairəvi yoldan narazıdırlar. Bakucity.az Yeniavaz.com-a istinadən xəbər verir ki, gecə saatlarında və ya yağışlı hava şəraitində tamamilə gözdən itən dairəvi yol sürücülər üçün qəza şəraiti yaradır. YPX əməkdaşlarının belə məhəl qoymadığı həmin dairəvi yolun nə üçün adəti şəkildə q...
Cəmiyyət
Sabaha gözlənilən hava proqnozu açıqlanıb Sentyabrın 21-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Bakucity.az xəbər verir ki, axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.  Səhər saatlarında duman olacaq. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 18-20, günün birinci yarısında 21-25 dərəcə isti, axşam 17 dərəcəyə yaxın isti təşkil edəcək.  Atmosfer təzyiqi 755...
Hadisələr
Məhkəmənin qərarı ilə Orxan Məmmədli 30 gün müddətində inzibati qaydada həbs edilib Bakıda taksi sürücüsü ilə yol polisi əməkdaşı arasında dava baş verib. Bakucity.az xəbər verir ki, hadisənin görüntülərini Avtosfer.az saytı yayıb. Bildirilir ki, hadisə Niyazi küçəsindən sola Prezident Adminstrasiyası istiqamətində dönmək istəyən 1991-ci il təvəllüdlü, Orxan Məmmədli orda xidmət aparan YPX əməkdaşlarının göstərişinə tabe olmayıb.  Yol polisləri ona sağa hə...
Hadisələr
Sürücü işıqforun qırımızı işığına məhəl qoymayıb. Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. Bakucity.az Avtosfer.az-a istinadən xəbər verir ki, qırmızı işıqda yolayrıcına daxil olan “VAZ” markalı avtomobil sürətlə “Mercedes”ə çırpılıb.  Zərbənin gücündən “Mercedes” onunla paralel hərəkət edən avtomobilə dəyib. Qəzadan sonra qırmızı işıqda keçən maşının sürücüsü isə avtomobildən çıxmaqda çətinlik çəkib. Həmçinin oxu: Bakıda avtomo...
Cəmiyyət
“100 yaşımı da burada qeyd edəcəyəm” Bakıda restoranların birində endirim kampaniyası zamanı maraqlı hadisə baş verib. Bakucity.az xəbər verir ki, 91 yaşlı qadın “Papa John`s” restoranlar şəbəkəsində “Yaşın qədər % endirim – Ad günündə bizimlə ol” adlı kampaniyadan yararlanıb. 1928-ci il təvəllüdlü Fəxrəndə Sadıqova sentyabrın 19-da doğum günündə restorana gəlib və 91% endirim alıb. F.Sadıqovanın bu yaşda restorana gəlib kampaniyadan istifadə etməsi digər...