Məşhur müğənninin Bakı konserti ləğv olundu

Məşhur müğənninin Bakı konserti ləğv olundu

Türk sənətçi Azərbaycana gələ bilməyib

Türkiyənin pop ulduzu İrem Dericinin Bakıdakı konserti baş tutmayıb.  Bakucity.az xəbər verir ki, Novruz bayramında paytaxtın tanınmış məkanlarının birində çıxışı planlaşdırılan sənətçi Azərbaycana gələ bilməyib. 

Buna səbəb ifaçının hava limanına gec gələrək uçuşa gecikməsi olub. Bu barədə konsertin təşkilatçısı instaqram səhifəsində qeyd edib. Bildirilib ki, konsertin yeni vaxtı barədə ictimaiyyətə məlumat veriləcək. (“Qafqazinfo”)

Bakucity.az

İrem Derici
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər