Siyahı yaxın günlərdə açıqlanaraq vətəndaşların istifadəsinə veriləcək
Bakucity.az xəbər verir ki, yaxın günlərdə Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında vətəndaşların devalvasiya nəticəsində banka olan borclarının silinən hissəsi ilə bağlı siyahı yerləşdiriləcək.
Palata bayram günlərində də siyahıların tam hazırlanıb başa çatması üçün iş aparıb və siyahıların tərtibi yekunlaşmaq üzrədir.
Xatırladaq ki, prezident İlham Əliyev cari ilin fevralın 28-də devalvasiya nəticəsində vətəndaşların dollar və manat kreditlərinə güzəşt edilməsi ilə bağlı fərman imzalayıb.
Bakucity.az