Bakıdakı qatar qəzası ilə bağlı məhkəmə başlayır

Bakıdakı qatar qəzası ilə bağlı məhkəmə başlayır

Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib

Bakucity.az xəbər verir ki, Binə qəsəbəsində marşrut avtobusunun qatarla toqquşması nəticəsində baş verən qəzaya görə təqsirləndirilənlər – daşıyıcı şirkət, "Ayşən LTD" MMC-nin dispetçeri Mübariz Fərəcovun və avtobusun sürücüsü Əlixan Şirəliyev üzrə  məhkəməsi başlayıb. 

Məhkəmə işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayev sədrlik edir.

Bugünkü hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Ə. Şirəliyev məhkəmədə iştirak etməyib. Səbəb kimi onun vəkilinin səhhətində yaranan problem əsas göstərilib və proses martın 29-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2018-ci il oktyabrın 1-də Xəzər rayonu, Binə qəsəbəsində baş verib.

Qorunan dəmir yolu keçidində yük qatarı ilə 160 saylı sərnişin avtobusunun toqquşması nəticəsində 2006-ci il təvəllüdlü Dadaşzadə Yusif və 1962-ci il təvəllüdlü Əliyev Şakir  vəfat edib, 40 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakucity.az

qatar qəzası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər