Bakıda daha bir yüksək vəzifəyə təyinat oldu

Bakıda daha bir yüksək vəzifəyə təyinat oldu

Direktor vəzifəsindən azad edilib

Dövlət Turizm Agentliyi yanında "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun direktoru Malik Fətullayev öz istəyi ilə vəzifəsindən azad edilib.

Onu müvəqqəti olaraq bu il fevralın 1-dən qoruğun direktor müavini təyin edilmiş Ramin Cəfərov əvəz edir. 

O, "Yanardağ"da vəzifəyə təyin olunmazdan əvvəl Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət departamentində çalışıb. 

***

“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun bu ilin may ayında yenidən istifadəyə verilməsi nəzərdə tutulub.

Bu barədə jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə məlumat verib.

Onun sözlərinə görə, qoruğun ərazisində kiçik muzey, kafe və digər infrastrukturlar yaradılıb. (Report)

Bakucity.az

"Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər