Prezident Bakıda yanan ticarət mərkəzi ilə bağlı tapşırıq verdi

Prezident Bakıda yanan ticarət mərkəzi ilə bağlı tapşırıq verdi

Dövlət tərəfindən sahibkarlara kompensasiya ödəniləcək

"Müraciətlər dövlət başçısına çatdırılıb və prezidentin tapşırığı ilə nümayəndə heyəti icarədarlarla görüşə göndərilib".

Bakucity.az xəbər verir ki, bu sözləri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov deyib.

Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov deyib ki, yanğın hadisəsi prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti altındadır. Məlumatı Qafqazinfo verib. 

H. Mövsümov bildirib ki, prezidentin tapşırığı ilə hər bir vətəndaşa dəyən ziyana görə dövlət tərəfindən kompensasiya ödəniləcək: "Bunun üçün komissiya yaradılacaq və icarədarlara dəyən ziyan obyektiv, ədalətli şəkildə hesablanacaq.  Dövlət ziyanı sizə ödəyəcək, növbəti mərhələdə isə həmin obyektin sahibləri dövlət qarşısında cavab verəcək".

Mövsümov əlavə edib ki, zirzəmidəki mallara ziyan dəyməyib. Məlumatı Azxeber.com verib. 

Bakucity.az

Diqlas
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər