Bakı Aeroportu postsovet məkanının ən yaxşısı seçildi

Hava limanı bu nominasiyada liderliyini qoruyur

Bakucity.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportu post-Sovet məkanının bütün hava limanları arasında ən yaxşı aeroport olaraq ən nüfuzlu qiymətləndirmə olan “Skytrax World Airport Awards” mükafatına layiq görülüb.

Azərbaycan paytaxtının hava limanı artıq üçüncü ildir ki, bu nominasiyada liderliyini qoruyur.

Bundan başqa, Heydər Əliyev Beynəlxalq Aeroportu hər il beş milyona kimi sərnişinə xidmət göstərən dünya aeroportları siyahısında 3-cü yeri tutub. Siyahıya “London Siti” aeroportu (London City Airport, LCY) başçılıq edib.

Daha bir nüfuzlu nominasiyanı Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) alıb. Belə ki, o, dünyanın ən yaxşı terminallarının onluğuna daxil olub.

“Skytrax” tərəfindən keçirilən və 550-dən çox hava limanı arasında sərnişinlərə xidmət və şəraiti qiymətləndirən hava limanlarının qlobal inspeksiyası dünya hava limanı sənayesi üçün keyfiyyət etalonu sayılır.

İnspeksiya və mükafat hava limanının nəzarəti və müdaxiləsindən asılı deyil və buna görə də, hava limanının mükəmməllik və keyfiyyəti üzrə obyektiv göstəricidir. İnspeksiya dövründə “Skytrax” 100-dən çox ölkədən 13 milyon sərnişin arasında sorğu keçirib.

Bakucity.az

Bakı Aeroportu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
1 baxış sentyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bakının bolşevik-daşnak işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir Bu gün Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 101-ci ildönümüdür. Bakucity.az xəbər verir ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bununla da həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də e...
Cəmiyyət
Sabaha olan hava proqnozu Sentyabrın 15-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Bakucity.az xəbər verir ki, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 16-18° isti, gündüz  25-27° isti təşkil edəcək. Atmosfer  təzyiqi normadan yüksək 763  mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət  55-65 % olacaq. Bakucity.az
Mədəniyyət
Tədbir Bakı Fotoqrafiya Evində keçirilib Sentyabrın 13-də Kiyev-Peçora Milli Tarix-Mədəniyyət Qoruğunun “Kiyev-Peçora böyük monastrı. Tarix və müasirlik” adlı səyyar bədii foto sərgisi Ukraynanın Azərbaycandakı Səfirliyinin və Sumqayıtdakı İ.Franko adına Ukrayna ictimai təşkilatının dəstəyi ilə ilk dəfə “İçərişəhər” Muzey Mərkəzinin Fotoqrafiya Evində keçirilib. Bakucity.az xəbər verir ki, açılış mərasimində çıxıç edən “İçərişəhər” Muzey Mərkəzinin direkto...
Cəmiyyət
“İstəmirik ki, kənardan baxan desin “polis imkan vermir” Ölkədə dərs ilinin başlaması ilə əlaqədər Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bununla bağlı Bakucity.az-a məlumat verən BŞBDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov qeyd edib ki, paytaxtda yerləşən bütün təhsil ocaqları nəzarətə alınacaq.  “16 sentyabr dərs ilinin başlaması ilə bağlı Bakıda yerləşən təhsil müəssisələ...
Hadisələr
Qadın yolda yatıb Paytaxtın Binəqədi rayonunda içkili qadın çətin anlar yaşadıb. Bakucity.az xəbər verir ki, hadisə S.S.Axundov küçəsində baş verib. Şahidlər iddia edirlər ki, 50-60 yaşlarında olan qadın yola yaxınlaşanda yıxılıb və orada yatıb. Onun yanında olan kişi qadının rəfiqəsi ilə birlikdə həddən artıq spirtli içki qəbul etdiyini bildirib. O, ətrafdakı insanların köməyi ilə taksi sifariş verib, və çətinliklə olsa da, qadını maşına əyləşdirərək ər...
Cəmiyyət
Qəza nəticəsində “Ford”un daşıdığı yük yola səpələnib Bakıda aeroport yolunda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb. Bakucity.az xəbər verir ki, BMW markalı avtomobil idarəetməni itirərək “Ford” markalı mikroavtobusa çırpılıb. Qəza nəticəsində “Ford” dəmir arakəsməyə dəyərək bir neçə dəfə çevrilib.  Eyni zamanda, BMW də digər dəmir arakəsməyə dəyib. Qəza zamanı hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. “Ford”un daşıdığı yük isə yola...
Cəmiyyət
Ceyhun Cəfərzadə qonşusunun arxasınca düşərək Ağdama gedib Bakucity.az-ın “Öz hekayəni danış” layihəsinin qonağı Qarabağ müharibəsi iştirakçısı Ceyhun Cəfərzadədir. Cəfərzadə Ceyhun Tahir oğlu 1977-ci ildə Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. Qarabağ müharibəsi zamanı məcburi köçkün düşən Ceyhun ailə üzvləri ilə birlikdə Bakıya gəlib və Əhmədli qəsəbəsində müvəqqəti məskunlaşıb. Hazırda dövlət tərəfindən Lökbatan qəsəbəsində məcburi köçkünlər ü...
Hadisələr
Qəza zamanı bir nəfər xəsarət alıb Paytaxtın Nərimanov rayonu Həsən Əliyev küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Bakucity.az xəbər verir ki, Əmayev Sinan Çingiz oğlu idarə etdiyi motosikletli hərəkətdə olan zaman Əkbərov Əkrəm Allahverdi oğlunun idarə etdiyi “Chevrolet” markalı avtomobilə vurub.  Hadisə nəticəsində motosiklet sürücüsü S.Əmayev xəsarət alaraq 1 saylı Xəstəxanaya çatdırılıb. Qəzaya uğrayan hər iki nəqliyyat vasitəsi cərimə meydançasına...
Cəmiyyət
Pasiyentdə emboliya (piyin qana keçməsi) halı baş verib Bakıda liposaksiya əməliyyatı etdirən ərəb turist Rasa Ellemzadaa komaya düşüb.  Bakucity.az xəbər verir ki, qadın Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasına müraciət edib. Əməliyyat zamanı onun vəziyyəti pisləşib və xəstə Baku Medical Plazaya yerləşdirilib.  Qeyd edilir ki, R.Ellemzadaa hazırda komadadır, xəstədə emboliya (piyin qana keçmə...