Bakı Ali Neft Məktəbi dövlət akkreditasiyasından keçib

Bakı Ali Neft Məktəbi dövlət akkreditasiyasından keçib

Bu barədə BANM-n İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib

Bakucity.az xəbər verir ki, Bakı Ali Neft Məktəbində (BANM) Nazirlər Kabinətinin qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” və Təhsil Nazirliyinin qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar” əsasında dövlət akkreditasiyası keçirilib.

Ali Məktəb ali təhsil müəssisəsi kimi Təhsil Nazirliyinin akkreditasiya haqqında sertifikatını əldə edib.

Ali məktəbin Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları artıq 2022/2023-cü tədris ilinədək akkreditə olunmuş hesab olunur.

Bakucity.az

BANM
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər