Bakıda “Xocalı - bu olub” tamaşası növbəti dəfə təqdim ediləcək

Bakıda “Xocalı - bu olub” tamaşası növbəti dəfə təqdim ediləcək

Tamaşa 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə göstəriləcək

Bakucity.az xəbər verir ki, martın 31-də  Azərbaycan Dövlət Pantomima Teatrında yeni tamaşa - “Xocalı - bu olub” tamaşası nümayiş olunacaq.

Tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Əməkdar artist Elman Rəfiyevdir. Rolları Elman Rəfiyev, Nargilə Qəribova, Bəhruz Əhmədli, Səbinə Hacıyeva, Nurlan Rüstəmov, Solmaz Bədəlova, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev və Cavad Nuriyev ifa edəcək.

Səhnə əsəri ilk dəfə olaraq bu il fevral ayının 25-də Bolqarıstanın paytaxtı Sofiyada nümayiş olunub. 

Bakucity.az

Xocalı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər