Bakıda memarlıqla bağlı seminar keçiriləcək

Bakıda memarlıqla bağlı seminar keçiriləcək

Seminara giriş sərbəstdir

Bakucity.az xəbər verir ki, martın 30-da Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və “NP BAKU Center”in təşkilatçılığı ilə Muzey Mərkəzində “Neyroelm və memarlıq” adlı seminar keçiriləcək.

Dövlət Rəsm Qalereyasından verilən məlumata görə, seminar neyroelm və memarlıq arasındakı əlaqələri kəşf etmək məqsədi ilə təşkil olunacaq.

Seminar “NP BAKU Center”in rəhbəri, Türk-Amerikan Neuropsixiatriya Birliyinin üzvü Nurana Kazımovanın rəhbərliyi ilə aparılacaq.

Seminarda gənc rəssamlar, dizaynerlər, memarlar, sənətşünaslar, muzey və qalereya işçiləri iştirak edə bilərlər. 

Bakucity.az

seminar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər