Bakıda Mahatma Qandinin 150 illiyinə həsr edilmiş sərgi açıldı

Bakıda Mahatma Qandinin 150 illiyinə həsr edilmiş sərgi açıldı

Sərgidə 50-ə yaxın sənət əsəri nümayiş olunur

Bakucity.az xəbər verir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) Hindistanın siyasi və ictimai xadimi Mahatma Qandinin anadan olmasının 150 illiyi münasibətilə rəsm sərgisi açılıb.

ADRA-dan verilən məlumata görə, Hindistanın ölkəmizdəki səfirliyinin SANGAT İctimai-Mədəniyyət Təşkilatı və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə reallaşan sərgidə M.Qandinin portretini əks etdirən 50-ə yaxın sənət əsəri nümayiş olunur.

Sərgi aprelin 2-dək zaçıq qalacaq.

Bakucity.az

Sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər