Nisə Qasımovanın Bakıda solo konserti olacaq

Nisə Qasımovanın Bakıda solo konserti olacaq

Müğənni yeni mahnılarını da ifa edəcək

Bakucity.az xəbər verir ki, Xalq artisti Nisə Qasımova iyunun 7-də Heydər Əliyev Sarayında solo konsert verəcək.

Sarayın mətbuat xidmətindən alınan məlumata görə, konsertdə Nisə Qasımova repertuarında yer alan “Sənsən həyatım”, “Gözləyəcəm”, “Eşqimə sönməyə qoymaram”, “Qəşəngdir”, “Sədaqətim var”, “Yalvarıram”, “Qayıtdım”, “Azərbaycan qızıyam” və sairə kimi köhnə və yeni mahnılarını ifa edəcək.

Müğənni konsertdə, həmçinin dünya xalqlarının mahnılarına da müraciət edəcək.

Biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından əldə etmək olar.

Bakucity.az

Konsert
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər