Bakıda keçiriləcək Avropa Liqasının finalı ilə bağlı görüş olub

Bakıda keçiriləcək Avropa Liqasının finalı ilə bağlı görüş olub

Görüşdə ətraflı müzakirələr aparılıb

Bakucity.az xəbər verir ki, UEFA tərəfdaşlarının Bakıya ikinci işgüzar səfəri təşkil olunub. Səfər UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar gerçəkləşib.

AFFA-nın baş katibi Elxan Məmmədovla tərəfdaşların səfəri çərçivəsində Bakıya gələn UEFA Avropa Liqasının layihə meneceri Andreas Şar arasında görüş keçirilib. 

Görüşdə UAL Final Bakı 2019-un təşkilati işləri ilə bağlı ətraflı müzakirələr aparılıb.

Mayın 29-da baş tutacaq final matçı Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək.

Bakucity.az

AFFA
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər