Bakının magistral yollarında sürət həddi endirildi

Bakının magistral yollarında sürət həddi endirildi

Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir

Bakucity.az xəbər verir ki, hazırda müşahidə edilən hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Buzovna yolu və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd qeyd edilən yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Bakı Nəqliyyat Agentliyi bir daha sürücülərdən xahiş edir ki, bu cür hava şəraitində nəqliyyat vasitələrini yollarda müəyyən edilən sürət həddinə əməl etməklə idarə etsinlər. Trend.az

Bakucity.az

Yollar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər