Bakıda "Milli Ornament və Naxışlar" adlı müsabiqə keçiriləcək

Bakıda "Milli Ornament və Naxışlar" adlı müsabiqə keçiriləcək

Müsabiqədə 17 modelyer iştirak edəcək

Bakucity.az xəbər verir ki, "Art production" bu gün saat 17:00-da "Baku Pullman Hotel"də növbəti "Milli Ornament və Naxişlar" adlı uşaq moda müsabiqəsini keçirəcək.

Müsabiqədə 32 model 17 modelyer iştirak edəcək. Modelyerlərin hazırladəğı geyimlərdə Azərbaycanın milli dəyərlərləri, ornament və naxışları, baharın gəlişi öz əksini tapıb.

Tədbirin keçirilməsində məqsəd milli ornamentlərin, naxışların qorunması və gələcək nəsillərə ötürülməsi, eyni zamanda gənc modelyerlərdə yeni ideyaların formalaşmasına şərait yaratmaqdır.

Müsabiqənin münsiflər heyəti tanınmış modelyer Leyla Əhmədova, əməkdar artist Elza Seyidcahan, bəstəkar Məryam Əlibəyli, əməkdar incəsənət xadimi Hüsniyyə Mürvətova və Azərbaycan Rəssamlar İttifaqının üzvü rəssam İlqar Əkbərovdur.

Layihəyə informasiya dəstəyini Bakucity.az verir. 

Bakıda "Milli Ornament və Naxışlar" adlı müsabiqə keçiriləcək, fotoşəkil-1

Bakucity.az

Müsabiqə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər