Bakıda xarici vətəndaşın evindən seyf oğurlanıb

Bakıda xarici vətəndaşın evindən seyf oğurlanıb, Javid

Bakıda xarici vətəndaşın seyfini oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bakucity.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən xarici vətəndaş M.Ə.Rəsulzadə küçəsində kirayədə yaşadığı mənzildən 2500 manat, 500 avro və 12000 manat dəyərində qızıl-zinət əşyaları, habelə içərisində sənədlər və 400 avro olan kiçik həcmli seyfin oğurlandığını bildirib.

Baş Cinayət Axtarışı İdarəsi və 9-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Quba rayon sakinləri, əvvəllər məhkum olunmuş C.Abdullayev və L.Şıxəliyeva saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bakucity.az

Daxili İşlər Nazirliyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər